Qurban Qurbanovun mətbuat konfransı baş tutmadı

Qurban Qurbanovun mətbuat konfransı baş tutmadı
07 Noy 2019 08:55

Avropa Liqasının qrup mərhələsində bu gün keçiriləcək APOEL - "Qarabağ" matçı öncəsi Qurban Qurbanovun mətbuat konfransı baş tutmayıb.

Realpress.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, buna Kiprdən olan jurnalistlərin mətbuat konfransına qatılmaması səbəb olub.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib ki, Kiprdə oyuna maraq gözlənilən səviyyədə deyil.

"APOEL-in baş məşqçisi Tomas Dollun mətbuat konfransında cəmi 6 jurnalist olub. Həmin konfrans da şəhərin əks istiqamətində, APOEL-in məşq bazasında olub. Buna görə də bir saat sonra keçirilən Qurban Qurbanovun mətbuat konfransında iştirak edə bilməyiblər", - deyə klub rəsmisi bildirib.

Qeyd edək ki, Kiprdən olan jurnalistlərin Qurbanovun mətbuat konfransına qatılmaması sosial şəbəkələrdə hörmətsizlik kimi dəyərləndirilib. Onu da əlavə edək ki, Azərbaycandan Kiprə  jurnalist yollanmayıb

27 May 2020
İdman

Qadın futbol millimizin təxirə salınmış iki oyununun yeni vaxtı bəlli oldu

Qadınlardan ibarət A milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində aprelin 9-da keçirilməli olan Polşa – Azərbaycan oyununun yeni tarixi açıqlanıb.

27 May 2020
İdman

“Neftçi”nin ilk böyükhesablı qələbəsindən, Bəhramovun debütündən 74 il keçdi

26 may “Neftçi”nin SSRİ çempionatlarında ilk böyükhesablı qələbəsini qazandığı gündür.

27 May 2020
İdman

20 min avroluq turnirə azərbaycanlı və gürcü şərikli liderlik edir

28 May - Azərbaycanın Respublika Günü, 26 may Gürcüstanın Müstəqillik Gününə həsr edilən şahmat üzrə internet üzərindən “İpək Yolu Kuboku” turnirinə start verilib.​

26 May 2020
İdman

Deputatdan Azərbaycanın idman siyasəti ilə bağlı maraqlı paylaşım - VİDEO

Deputat Ülvi Quliyev sosial media hesabında Azərbaycanın idman siyasətinə həsr olunmuş video paylaşıb.

26 May 2020
İdman

Koronavirusa yoluxmuş azərbaycanlı jurnalistə serbiyalı futbolçudan dəstək - FOTO

“Neftçi”nin sabiq futbolçusu, hazırda “Sabah” klubunun qapıçısı olan Saşa Stamenkoviç koronavirusa yoluxmuş idman jurnalisti Anar Cəfərsoya və onun anasına maddi baxımdan yardım edib.