Şirvandakı güllələnməyə görə daha bir nəfər saxlanıldı

Şirvandakı güllələnməyə görə daha bir nəfər saxlanıldı
24 Noy 2016 12:38

Şirvanda iki nəfərin güllələnməsi ilə bağlı 3-cü şəxs saxlanılıb. REALPRESS-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının aprdıqları birgə tədbirlərlə 2015-ci il noyabrın 5-də Şirvan şəhər sakinləri Elvin Nəciyevin və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar hadisədə iştirak etməkdə şübhəli bilinən digər şəxs - Hacıqabul rayon sakini Məhəmməd Heydərov saxlanılıb. Onun evinə baxış zamanı 6 ədəd tapança patronu aşkar edilərək götürülüb.

Qeyd edək ki, noyabrın 5-də Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən kafedə 1983-cü il təvəllüdlü Nəciyev Elvin Zamanəli oğlu və 1990-cı il təvəllüdlü Sarıbalayev Zaur Vəfadar oğlu odlu silahla güllələnib.

Məlum olub ki, həmin kafedə Elvin Nəciyev “Makarov” tipli tapançadan Zaur Sarıbalayevə ürək nahiyəsindən atəş açıb. O, aldığı güllə yarasından hadisə yerində ölüb. Hadisə zamanı kafedə olan Şirvan sakini Ağami Əli isə “Makarov” tipli tapançadan açılan atəşlə Elvin Nəciyevi ürək nayihəsindən yaralayıb. E.Nəciyev Şirvan şəhər Xəstəxanasında dünyasını dəyişib.

Hadisədən dərhal sonra Şirvan şəhər sakinləri - 1989-cu il təvəllüdlü Ağami Əli Rasim oğlu və 1985-ci il təvəllüdlü Salmanov Tural Baloğlan oğlu saxlanılıb.


17 Fev 2021
Kriminal

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü - FOTO

Azərbaycanda son sutkada koronavirusa 154 yeni yoluxma faktı qeydə alınıb, 165 nəfər müalicə olunaraq sağalıb.

8 Fev 2021
Kriminal

Peskov koronavirus barədə: “Dünya avqustda adi həyat tərzinə qayıda bilər”

“Yayda koronavirusa qarşı immuniteti formalaşan insanların sayı 60 faizə çatacaq”.

25 Dek 2020
Kriminal

Evi tərk edən COVID-19 xəstələrinə cinayət işi açıldı

Dekabrın 24-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublikamızın ərazisində xüsusi karantin rejiminə əməl etməyən 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb. 

25 Avq 2020
Kriminal

Rusiyada qanunsuz ağac kəsən azərbaycanlılara hökm oxundu

Rusiyanın Sverdlovsk vilayətinin Nijni Taqil şəhəri yaxınlığında qanunsuz ağac kəsən üç Azərbaycan vətəndaşına hökm oxunub.

31 May 2020
Kriminal

DİN: Ruslan Əmirov polisə tabe olmadığına görə həbs edilib

Daxili İşlər Nazirliyi (DİN) AXCP fəalı Ruslan Əmirovun həbsi ilə bağlı məlumat yayıb.