Sevgilisindən Afət Fərmanqızına ŞOK QADAĞA - Hacı əsəbiləşdi və…

Sevgilisindən Afət Fərmanqızına ŞOK QADAĞA - Hacı əsəbiləşdi və…
12 2019 14:37

Tanınmış müğənni Afət Fərmanqızı sosial şəbəkələrdə onu təhqir edənlərə sərt ismarış yollayıb.

Realpress.az redaktor.az-a istinadən xəbər verir ki, müğənni bildirib ki, dəfələrlə bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib:

"Hamı evdə anasından, atasından aldığı tərbiyəni göstərir. O vaxt 4-5 dəfə polisə müraciət etdik, təhqir edən adamları tapdıq. Monitor arxasında söyənlər polis bölməsində ayağıma düşüb yalvarırdılar ki, onları bağışlayım. Bunun görüntüləri də var əlimdə, sadəcə yaymaq olmaz. Bunun özü də cinayətdir".

Müğənni əlavə edib ki, sosial şəbəkələrdə ona təhqir yazanlardan biri də həmkarı olub:

"Məni təhqir etmişdi, kim olduğunu tapdım. Məlum oldu ki, öz həmkarımdır. Guya telefonundan kimsə yazıb. Bunun xəbəri yoxdu".

Afət Fərmanqızı qeyd edib ki, ailə qurduqdan sonra həyat yoldaşı ona sosial şəbəkələrdən istifadə etməyi qadağan edib:

"Hazırda həyat yoldaşım mənə "İnstagram", "Facebook" və digər sosial şəbəkələrdən istifadə etməyi qadağan edib. İstəyir ki, vaxtımı ancaq sənətimə ayırım".

Qeyd edək ki, müğənni bir müddət öncə Hacı Roma (Ramal Hüseynov) ləqəbi ilə tanınan iş adamı ilə ailə qurub. Bu, müğənnin ikinci evliliyidir. Bundan öncəki evliliyindən isə bir oğlu var. O, hazırda Avropada təhsil alır.

18 Sent 2019
Cəmiyyət

Maykl Ceksonun pedofilliyi haqda çəkilən film “Emmi”yə layiq görüldü - VİDEO

“HBO” telekanalının dünyaca məşhur müğənni Maykl Ceksonun uşaqlara qarşı törətdiyi seksual zorakılıqdan bəhs edən “Neverlendi tərk edərkən” filmi “Ən yaxşı sənədli film” nominasiyası üzrə “Emmi” mükafatına layiq görülüb.

18 Sent 2019
Cəmiyyət

Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanverən 169 nəfərdə virus aşkarlanıb.

17 Sent 2019
Cəmiyyət

Bərdədə 4 maşın toqquşdu - Yaralılar var

Bərdə rayonunda zəncirvari yol qəzası baş verib.