Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Səyavuş Kərimi APA-ya müsahibə verib.
REALPRESS.Az xəbər verir ki, o,konservatoriyada aşıq sənəti, saz ifaçılığının tədris olunmamasından bəhs edərək milli musiqinin tədrisində çox problemlər olduğunu da vurğulayıb.
“Dastan sənəti itməkdədir. Biz konservatoriyanın şəraitsiz vaxtında ekspedisiyaları göndərdik, indi həyatda olmayan aşıqları lentə ala bildik. Aşıq-dastan bilicilərini dəvət edib tədrisi qurmaq fikrindəyik. Konservatoriya ali məktəb olduğuna görə, sazın ali təhsilə qədər olan dövrünü tədris etməyə çalışırıq.
“Saz məktəbi” kitabı yazılıb, musiqi məktəblərində tədris olunur. Saz sənəti not tədrisi səviyyəsində inkişaf edə bilməyib. Bunun da obyektiv səbəbləri var. Səbəblərdən biri odur ki, sovetlər birliyi zamanı milli musiqi alətlərinə diqqət az olub.
Düzdür, aşıq sənəti Mədəniyyət və İncəsənət Universitetində tədris olunur. Amma Konservatoriyanın bu barədə baxışı tam başqadır. Biz bunu özümüz üçün tam başqa cür təsəvvür edirik. Biz istəyirik, sazı beynəlxalq səviyyədə özünü ifadə edə biləcək alətə çevirək.
Ümumiyyətlə, bizdə milli musiqinin tədrisində çox problemlər var. Saz da onların içindədir, zərb aləti də. Görürsünüz, ali məktəbə zərbi gətirə bilmirik. Çünki onun tədrisi ilə bağlı da problemlər var. Zərbin aparıcı aləti yoxdur. Onun aparıcı alətini ixtira etmişik”,-deyə S.Kərimi bildirib.
Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.
Tofiq İbrahim oğlu Mirzəyevə “Xalq artisti” fəxri adı verilib.