Son döyüşü azərbaycanlı ilə olan MMA idmançısı öldürüldü

Son döyüşü azərbaycanlı ilə olan MMA idmançısı öldürüldü
11 2019 16:43


Özbəkistanın paytaxtı Daşkəndin Şayxantaxursk rayonunda MMA döyüşçüsü Müslüm Amanov bıçaq zərbəsi ilə öldürülüb.

Qalampir”in xəbərinə görə, 23 yaşlı idmançının qətlinin təfərrüatı hələlik bəlli deyil.

“Səttarov” komandasını təmsil edən Müslüm Amanov MMA-da altı döyüş keçirib. O, bunlardan dördündə qələbə qazanıb, ikisində uduzub. Onun son döyüşü iyulun 6-da Dağıstanda keçirilmiş “Qorets” turnirində olub. Amanov həmin döyüşdə azərbaycanlı Cəfər İsmiyevi məğlub edib.

Qeyd edək ki, bu, Daşkənddə ilk belə hal deyil. Ötən ilin avqustunda “Aurum 898” gecə klubunda Özbəkistan çempionu, MMA döyüşçüsü Cəmşid Kencayev öldürülmüşdü. Bu cinayətlə bağlı dörd insan mühakimə olunmuşdu. Onlardan üçü beş, biri isə 18 il məhkum olunmuşdu. 


20 Yan 2020
İdman

Ronaldu daha bir rekorda imza atdı

Portuqaliyalı Kriştianu Ronaldu İtaliyanın A seriyasının ardıcıl 7 oyununda qol vurmağa nail olub.

20 Yan 2020
İdman

Makqreqorun 40 saniyəlik döyüşdən qazancı məlum oldu

Makqreqorun 40 saniyəlik döyüşdən qazancı məlum oldu

20 Yan 2020
İdman

Azərbaycan güləşçiləri Qran-pridə 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb

Fransanın Nitsa şəhərində olimpiya çempionu Anri Deqlanın xatirəsinə sərbəst və yunan-Roma güləşi üzrə “Qran-pri” turniri keçirilib.