Artıq ikinci həftədir ki, Azərbaycan XİN-in “qara siyahısı”ndan çıxarılan Soso Pavliaşvilinin Bakıda xeyriyyə konserti verməyə hazır olması barədə məlumat cəmiyyətdə ən çox müraciət olunan xəbərlərdəndir.
Xatırladaq ki, daha öncə bu barədə eksklüziv müsahibəsində Soso Pavliaşvilinin dostu, məşhur müğənni və biznesmen Emin Ağalarovbildirmişdi.
Realpress.Az bu barədə 1news.az-a istinadən xəbər verir.
Buna baxmayaraq, sosial şəbəkələrdə bu mövzunun müzakirəsi davam edir.
Pavliaşvilinin səfərinə qarşı bir neçə məşhur mədəniyyət xadimi də çıxış edib.
Mövzunun aktuallığını və həssaslığını nəzərə alaraq 1news.az Soso Pavliaşvilinin Bakıya gəlməyini gözləməyib, Moskvaya onunla görüşə getmək qərarına gəlib.
Soso Pavliaşvili Bakı, ünvanına səslənən tənqid və Qarabağdan danışdı...
Onun sözlərinə görə, tanış olduğu adamlar münasibəti aydınlaşdırmaq üçün onun özü ilə əlaqə yarada bilərdilər, internet-saytlardan və qəzetlərdən istifadə etməzdilər:
“Mən düşünürəm ki, Moskvaya gəlib mənimlə görüşmək kişi hərəkəti olardı. Elə mənim restoranımda oturardıq. Biz hər şeyi müzakirə edərdik, məni dinləyib, fikirlərini dəyişərdilər. Bəlkə də haradasa səhv çıxardım. Amma oturub üz-üzə danışmaq daha doğru olardı. İnternetdə təhqir və sairə bu, bizlik deyil, qafqazsayağı deyil. Mən onlardan incimirəm”.
Pavliaşvilinin fikrinə görə, internetdə divan söhbətləri və postları – öz cəsarət və vətənpərvərliyini sübut etmək üçün ən səmərəli üsul deyil.
“Əgər belə qəhrəmansızsa, əmlakınızı satın, hücum qrupu düzəldin, döyüşün, Qarabağı alın. Mane oluram? Bu, mənlik deyil? Gedin özünüz kişi kimi həll edin məsələni”, - o qeyd edib.
Emin Ağalarov: “Mən Azərbaycan haqqında mümkün qədər çox insanın xoş şeylər danışmasını istəyirəm”.
Bizim suallara Emin də cavab verdi. Onun fikrincə, bizim ölkəyə məhəbbətini ithaf edən və öz münasibətini açıq göstərmək istəyən insanın konsertini boykot etməyə çağırış ən azı təqdirəlayiq hərəkət deyil.
“Mən Sosonu “Jara” festivalına dəvət etmişdim. Solo konsert haqqında söhbət yox idi. Xeyriyyə konserti keçirmək onun ideyası idi. O, özü dedi ki, əliboş gəlmək istəmir, xeyirxah iş görmək istəyir. Bunun çox yaxşı hərəkət olduğunu düşünürəm. Necə boykota çağırmaq olar?”, - deyə Emin qeyd edib.
O vurğulayıb ki, əldə edilən bütün vəsait Bakıda yerləşən Milli Onkologiya Mərkəzinə, Uşaq Onkoloji Klinikasına veriləcək.
Eminin sözlərinə görə, boykota çağıranların bəziləri onun iyirmi ilə yaxın münasibəti olduğu dostlarıdır:
“Onlar bilirlər ki, o, mənim qonağımdır. Bunu onların vicdanına buraxaq. Sözdə hamı vətənpərvərdir. Bəs real dünyada bunun üçün nə edirlər?”, - deyən müğənni virtual dünyada vətənpərvər olmağın asan olduğunu da vurğulayıb.
Eminin sözlərinə görə, izahat vermə imkanı olmayan insanı tənqid etmək olmaz:
“Adam heç gəlməyib, amma ona artıq dəyənəklə hücumlar edilir. Burada mən tərəfdən heç bir şəxsi prinsipim olmadığını bildirmək istərdim. Sadəcə əminəm ki, şəhərimizə nə qədər çox adam gələrsə, haqqımızda bir o qədər yaxşı şey danışacaqlar”.
“Mən öz şəhərimi sevirəm, Rusiyada doğulub, böyüməyimə baxmayaraq, məni Azərbaycana bağlayan xüsusi bağlar var. Burada mənim uşaqlarım və dostlarım var. “Jara” festivalını gəlir üçün keçirmirəm, bu, tamamilə məsrəfdir. Amma bu festivalın sayəsində bizim şəhərə nə qədər ulduz gəlir və buradan xoş təəssüratlarla ayrılırlar”, - deyə Emin bildirib.
Soso Pavliaşviliyə qaldıqda isə Emin bir daha qeyd edib ki, xeyriyyə konserti mütləq olacaq:
“Konsert noyabrın 30-da keçiriləcək. Soso Pavliaşvili duet oxuyacaq. Konsertdə “A Studio”, Vaxtanq Kikabidze də iştirak edəcək.
Mən də oxuyacağam. Ümumiyyətlə, çox sürpriz olacaq. Sosonun qarşısında bəzi həmvətənlərimin aqressiyasına görə üzr istəyirəm. Gəlin, dünyaya məhəbbət və xeyirxahlıq gətirək. Neqativ isə zavallılara aiddir”.
Məşhur müğənninin konserti təxirə salınıb.
Türkiyənin məşhur müğənnisi Mustafa Sandal Bakıya gəlib.
Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək.