Gələn ilin mart ayından Bakıda fəaliyyət göstərən taksilərdə GPS, taksometr və naviqasiya aparatlarının quraşdırılması prosesinə başlanılacaq.
Bu barədə REALPRESS-ə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.
Onun sözlərinə görə, mart ayından taksilərin ilkin siyahısı müəyyən olunacaq: “Mart ayından müəyyən ediləcək ki, birinci hansı aparatlar, hansı taksilərə quraşdırılsın”.
N.Allahyarova qeyd olunan aparatların kimin hesabına quraşdırılması məsələsinin gələcəkdə müzakirə olunacağını bildirib.
Onun sözlərinə görə, bu cihazlar vasitəsilə taksilərin ümumi fəaliyyətinə nəzarət etmək mümkün olacaq: “Bu cihazlar həm də ona görə quraşdırılır ki, taksilər yüksək texnologiyalardan istifadə etməklə sərnişinlərə normal xidmət göstərsinlər”.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə baş məşqçisi, Qarabağ qazisi İlham Məhərrəmovu Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı almağı münasibətilə təbrik edib.
“Təhsil müəssisələrinin pedaqoji və texniki heyətinin vaksinasiya prosesi məcburi deyil”.
Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva məktəblərin bağlanması ilə bağlı iddialara münasibət bildirib.