Tanışlıq mesajlarına aldanmayın –TƏHLÜKƏ

Tanışlıq mesajlarına aldanmayın –TƏHLÜKƏ
29 Okt 2016 14:58

65-25” nömrəsindən çoxlarına tanışlıq mesajları gəlir. Bu mesajların göndərildiyi istifadəçilər arasında yetkinlik yaşına çatmayanlar da var. Ona görə risk və fəsadları böyükdür.

“65-25”-dən tanışlıq məzmunlu mesajlar bir çoxlarının telefonuna gəlir. Bu mesajların mobil operatorlara aidiyyəti olmasa da, müəyyən insanlar operatorlardan qısa mesaj nömrələri satın alaraq anonim tanışlıq xidməti göstərirlər.

Özü də iz itirmək üçün tez-tez nömrə dəyişdirirlər. Məsələn, bir müddət əvvəl belə mesajlar “96-00”-dan gəlirdisə, indi “65-25” nömrəsindən gəlməyə başlayıb.

Mütəxəssislərə görə, onların bu işdə müxtəlif maraqları ola bilər: 

“Balansdan pul oğurlamaq və ya şirnikləşdirici təkliflərlə insanların inamından sui-istifadə etmək. Bununla belə, ailələrin qeyri-sağlam münasibətlər əsasında qurulmasında, qızların qoşulub qaçmalarında və hətta boşanmalarda bu səpkili mesajların böyük rolu var”.

Anonim tanışlıq məqsədli mesajlar təsadüfi abunəçilərə göndərildiyindən uşaqlar və yeniyetmələr də bu tora düşə bilərlər. Bunu sübuta yetirmək üçün deyilən nömrəyə zəng etdik.

Telefonda özünü 27 yaşlı şəxs kimi təqdim edən oğlanın 16 yaşlı bir qızla tanış olmaq istəyi və hətta dərhal görüş təklif etməsi bir yana, onun psixoloji problemli biri olub-olmadığı da sual altındadır. 

Elə görüşə gedən qızın sonrakı taleyi kim. Mütəxəssislər bu mesajların ağır sosial fəsadları ilə bağlı xəbərdarlıq edirlər.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.