Futbol üzrə Türkiyə Super Liqasının 2017-ci ildən yayım hüququna sahib olacaq şirkət müəyyənləşib.
REALPRESS.Az -a istinadən xəbər verir ki, bu gün keçirilən tenderin qalibi “Digiturk” şirkəti olub.
Şirkət Super Liqa və 1-ci liqanın qarşıdakı 5 mövsümdə (2017/2018, 2018/2019, 2019/2020, 2020/2021 və 2021/2022) yayımı üçün federasiyaya 500 milyon dollar ödəyəcək.
Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirören tenderlə 5 şirkətin maraqlandığını, ancaq bunlardan 2-nin iştirak etdiyini bildirib.
Qeyd edək ki, 2010-cu ildə keçirilmiş tenderdə yayım hüququ 213,3 milyon dollardan satışa çıxarılıb və “Digiturk” 321 milyon dollar ödəyərək tenderin qalibi olub.
Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa çempionatının təsnifat mərhələsində ilk rəsmi matçını keçirəcək.
Uruqvay, Argentina, Çili və Paraqvay 2030-cu il dünya çempionatına birgə namizədliyini irəli sürüb.
Fransanın “Paris Sen-Jermen” klubunun və Niderland millisinin yarımmüdafiəçisi Corcinyo Veynaldum karyerasını İtaliyanın “Roma” futbol klubunda davam etdirəcək.