"Azərbaycan və Türkiyənin sağalmaz yarası Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişə həll olunmadıqca qardaşımıza qarşı haqsızlıq getdikcə artır".
REALPRESS-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Milli Məclisdə "Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv ölkələr son 25 ildə" adlı konfransda çıxışı zamanı deyib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini olduqca vacib sayan səfir qeyd edib ki, bu gün Türkiyə türkdilli ölkələrin hazırkı səviyyəyə çatmasından çox böyük qurur duyur.
E.Özoral əlavə edib ki, Türkiyə müstəqillik əldə etmiş türkdilli ölkələrin beynəlxalq aləmdə layiqli yer tutması üçün əlindən gələni edib.
Əməliyyat (Komando) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.
2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş və tank bölmələrinin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.
“Caliber” layihəsinin növbəti buraxılışı yayımlanıb.