Vitali Rəhimov: Medalımı heç kimə verən deyiləm

Vitali Rəhimov: Medalımı heç kimə verən deyiləm
18 Noy 2016 17:05

“Şokdayam. Nə məsələ olduğunu özüm də bilmirəm”.

REALPRESS.Az-ın xəbərinə görə, bunu açıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilməsinə dair Beynəlxalq Olimpiya Komitəsinin (İOC) qərarını şərh edərkən deyib. 

V.Rəhimov məsələ ilə bağlı bu gün Milli Olimpiya Komitəsində (MOK) olduğunu bildirib: “Məndə dopinq tapıldığı deyilir. Səkkiz ildən sonra bu cür hadisə adamı şoka salır. Necə olur ki, o vaxtı tapılmayıb, indi tapılır?”.

V.Rəhimov görüş zamanı ona məsələnin izah edildiyini, ancaq qərarla razılaşmadığını söyləyib:

“Dopinqlə bağlı qərarları Ümumdünya Antidopinq Agentliyi verir. Mən MOK-da dopinq şöbəsinin əməkdaşları ilə görüşdüm. Onlar məsələni izah etdilər. Ancaq məndə necə dopinq ola bilər? Dopinq var idisə, niyə o zaman yoxlanışlarda çıxmayıb? Dəfələrlə dopinq-testdən keçmişəm. 2008-ci ildən sonra nə qədər yarışlarda iştirak etmişəm. Bu, çox çirkin addımdır. MOK WADA-nın bu qərarına müdaxilə, etiraz edə bilmir. Çünki qaydalar var. Ancaq Azərbaycan Güləş Federasiyası etiraz edə bilər. Mən nə medalımı verəcəyəm, nə də diplomumu. Çünki o, mənimdir və həmin medalı özüm əziyyətlə qazanmışam. Heç kimə verən deyiləm”.

60 kq çəki dərəcəsində olimpiya mükafatçısı olmuş pəhləvan Azərbaycan Güləş Federasiyasında da görüş keçirəcəyini bildirib: “Necə olacağı ilə bağlı hələ nəsə deyə bilmərəm. Amma mən medalımı vermək istəmirəm. Məndə dopinq olmayıb, ola da bilməz. Olmayan şeylə necə razı olum? Qərarı dünən bildim. Federasiyaya məktub göndərməlidirlər. Bundan sonra federasiya öz addımını atacaq. Tezliklə rəhbərliklə görüşəcəyik. O zaman məsələnin necə olacağına dair qərar veriləcək”.

Qeyd edək ki, Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 60 kq çəki dərəcəsində çıxış edib. Onun dopinq-testinin təkrar analizi nəticəsində orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı aşkarlanıb. Artıq karyerasını başa vurmuş güləşçi, Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən, gümüş medal və diplomunu geri qaytarmalıdır. Medalın kimə veriləcəyini isə Dünya Güləş Birliyi müəyyənləşdirəcək.


11 Fev 2025
İdman

Azərbaycan taekvondoçusu Türkiyədəki beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycan taekvondoçusu Ülvi Məmmədov (37 kq) Antalya şəhərində keçirilən "Turkish Open" beynəlxalq turnirində gümüş medal qazanıb.

11 Fev 2025
İdman

Azərbaycanın güləş millisi Xorvatiyada təlim-məşq toplanışına start verib

Azərbaycanın yunan-Roma güləşi üzrə millisi reytinq turnirindən sonra Xorvatiyada qalaraq təlim-məşq toplanışına start verib.

11 Fev 2025
İdman

Azərbaycan Premyer Liqası: "Qarabağ" klubu "Səbail"lə üz-üzə

Bu gün Azərbaycan Premyer Liqasının XXII turuna yekun vurulacaq.

10 Fev 2025
İdman

Azərbaycanın stolüstü tennisçiləri Xorvatiyada bürünc medal qazanıblar

Azərbaycanın stolüstü tennisçiləri Xorvatiyanın Osiyek şəhərində təşkil olunan “Europe Youth Series” turnirində bürünc medal qazanıblar.

10 Fev 2025
İdman

Azərbaycan güləşçiləri Zaqreb reytinq turnirində uğurla çıxış edirlər

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə reytinq turniri davam edir.