Yeni “Samsung” noutbukları buraxılıb

Yeni “Samsung” noutbukları buraxılıb
09 Okt 2019 14:12

“Samsung” şirkəti “Google Chrome OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən yeni “Chromebook 4” və “Chromebook 4 ” noutbuk modellərini təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, 1366х768 piksel təsvir ölçülü 11,6 düymlük ekranla təchiz edilən “Chromebook 4” modeli 4 giqabaytlıq “LPDDR4” operativ yaddaşı dəstəkləyən quraşdırılmış “Intel UHD 600” qrafikalı “Intel Celeron N4000” prosessoru əsasında hazırlanıb. 32 giqabayt tutumlu quraşdırılmış “eMMC” toplayıcısını “microSD” yaddaş kartları üçün slot vasitəsilə genişləndirmək mümkündür.

 

İnterfeyslər siyahısına “USB Type-C”, “USB 3.0 Type-A” portları, eləcə də “Bluetooth 4.0” və “Wi-Fi 802.11ac” modulları daxildir. Noutbuk 720p təsvir ölçülü veb kamera və iki dinamik ilə təchiz olunub. 5070 milliamper/saat tutumlu quraşdırılmış akkumulyator qurğunu təkrar enerji toplamadan 12,5 saatlıq avtonom iş vaxtı ilə təmin edib.

 

“Chromebook 4 ” noutbukunun modifikasiyası ekran (15,6 düym diaqonal, təsvir ölçüsü 1920х1080 piksel) istisna olmaqla əsas modelin oxşar xüsusiyyətləri ilə təchiz edilib. Noutbukun avtonom iş vaxtı 10,5 saat təşkil edir.

 

Məlumata görə, yeni qurğular oktyabrın 9-dan etibarən ABŞ-da satışa çıxarılacaq. “Samsung Chromebook 4” noutbukunun qiyməti 229 dollar, “Chromebook 4 ” modelinin isə 349 dollar təşkil edəcək. Noutbukların digər regionlarda nə vaxt satışa çıxarılacağı hələ ki məlum deyil.

Realpress.az


21 Fev 2020
İT

Azərbaycanda II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək

Cari ilin 2-6 mart tarixlərində ölkəmizdə II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.

21 Fev 2020
İT

Alimlər superkondensatorun sıxlığını 10 dəfə artırıblar

Alimlər superkondensatorun sıxlığını 10 dəfə artırmağa nail olublar. İndi onların əsasında işləyən akkumulyatorlar elektrik avtomobilinin mühərrikini enerji ilə doldurmaq üçün kifayət qədər enerji saxlaya bilər. Bu haqda London Universitet Kolleci və Çin Elmlər Akademiyasının alimləri tərəfindən "Nature Energy" jurnalında dərc edilmiş araşdırmada deyilir.  

21 Fev 2020
İT

“Google Play”dən zəhlətökən reklama malik yüzlərlə tətbiq silinib

“Google” şirkəti “Google Play” proqramlar mağazasından istifadəçilərə zorla reklam təqdim edən təxminən 600 mobil tətbiqi silib. Ümumilikdə qaydanı pozan proqramlar 4,5 milyard dəfədən çox yüklənilib.

21 Fev 2020
İT

“Əşyaların interneti” üçün yeni çip 5000 dəfə daha az enerji sərf edir

Yeni ixtira sayəsində “Əşyaların interneti” qurğularına enerji doldurma blokları və ya böyük ölçülü akkumulyatorlar lazım olmayacaq.

21 Fev 2020
İT

“HTC” şirkəti gələcəyin qarışıq reallıq eynəyini nümayiş etdirib

Tayvanın “HTC” şirkəti yeni nəsil qarışıq reallıq eynəyi hazırlamaqla məşğuldur. Qurğunun ölçüləri artıq təqdim edilmiş “Vive Cosmos” virtual reallıq sistemi ilə müqayisədə kiçik, çəkisi isə yüngül olacaq. Şirkətin rəsmisi yeni eynəyin “5G” smartfonlara qoşula biləcəyini istisna etmir.