Yüksək təzyiqdən əziyyət çəkənlərin ƏN TƏHLÜKƏLİ SƏHVLƏRİ. Məşhur kardioloq izah edir

Yüksək təzyiqdən əziyyət çəkənlərin ƏN TƏHLÜKƏLİ SƏHVLƏRİ. Məşhur kardioloq izah edir
09 2019 11:54

Tanınmış rusiyalı həkim-kardioloq, “O samom qlavnom” televiziya verilişinin aparıcısı Aleksandr  Myasnikov hipertoniyadan əziyyət çəkən insanların ən təhlükəli səhvləri açıqlayıb.

Həkim qeyd edir ki, bu səhvlər hipertoniklərin həyatını xeyli qısaldır.

Saglamolun.az bildirir ki, 2018-ci ildə ABŞ və Avropada normal arterial təzyiqin normaları dəyişdirilib. Bundan sonra yaşdan asılı olmayaraq böyüklərdə normal arterial təzyiq 119/79 mm c.st. qədər sayılacaq.

120/80 – hipertoniya önü

130/80 – 1-ci dərəcəli hipertoniya

140/90 və daha çox – 2-ci dərəcəli hipertoniya

Normalar nə üçün dəyişdirilib? Həkimlərin müşahidələrinə görə, arterial təzyiqin hətta yüngül qalxması insanlarda infarkt, insult və ani ölümün riskini artırır.

Myasnikovun sözlərinə görə, 1-ci dərəcəli hipertoniya zamanı insan artıq diqqətli olmalı və bəzi tədbirlər görməlidir ki, xəstəlik ağırlaşmasın. Bunun üçün qidalanmada duzun miqdarını azaltmaq, artıq çəki varsa arıqlamaq, pis vərdişlərdən imtina etmək, fiziki aktivliyini artırmaq lazımdır. Bir çox hallarda məhz bu sadə qaydalar təzyiqi normada saxlamağa yardım edir.

2-ci dərəcəli hipertoniya zamanı yuxarıda sadaladığımız qaydalara (duzun və çəkinin azalması, fiziki aktivlik) əməl etməklə yanaşı təzyiqi salan preparatları qəbul etmək lazımdır. Preparatları yalnız həkim lazım olan müayinə və analizlərdən sonra təyin edə bilər.

Myasnikov qeyd edir ki, Rusiyada (elə bizdə də) bir çox xəstələr təzyiq dərmanlarını özbaşına içir, həkimlə deyil, təzyiqi olan qonşu, qohumla “məsləhətləşirlər” (“dərman qonşuya kömək edib, mənə də edəcək”). Bu ciddi səhvdir. Təzyiq dərmanlarının sayı çoxdur və bir insana kömək edən dərman digərinə kömək etməyə bilər. Bəzən hətta həkimlər xəstə üçün dərman seçdikdə əziyyət çəkir, uzun müddət ərzində uyğun preparat tapa bilmirlər.  

Digər səhv təzyiq normallaşanda dərmanlardan özbaşına imtina etməkdir. Myasnikovun sözlərinə görə bu çox təhlükəlidir. Təzyiq preparatlarının məhz müntəzəm (!) qəbulu effekt verir. Xəstə preparatı vaxtı-vaxtında qəbul etmirsə, fasilələr verirsə, bu çox təhlükəlidir, infarkt və insultun riskini artırır.

Digər səhv həkimə gec-gec getməkdir. Təəssüf ki, hipertoniya əksər hallarda xroniki xarakter alır və bu səbəbdən xəstə daim həkim nəzarətində olmalıdır. Rusiyada (Azərbaycanda da) insanlar həkim yanına getməyi xoşlamır və nəticədə xəstəlik normal kontrol olunmur, ağırlaşır, risklər artır.

Növbəti səhv təzyiqin kəskin artması zamanı onu kəskin salmaqdır. Bu çox təhlükəlidir və ani ölümün riskini artırır. Hətta insult zamanı təzyiqi 15-20%-dan çox salmaq olmaz.   


27 Fev 2020
Səhiyyə - Sağlamlıq

Qaraciyəri təmizləyən və bərpa edən 5 əlçatan məhsul

Qaraciyərin əsas funksiyalarından biri detoksikasiya funksiyasıdır.

26 Fev 2020
Səhiyyə - Sağlamlıq

Uşağınızda bu simptomlar varsa, məktəbə buraxmayın - XƏBƏRDARLIQ

Dünyanın bir sıra ölkələrində yayılan koronavirusla bağlı profilaktik tədbirlər bütün sahələrdə aparılır. Şagirdlərin kompakt cəmləşdiyi təhsil müəssisələri də bu tədbirlərdən kənarda qalmayıb.

26 Fev 2020
Səhiyyə - Sağlamlıq

Hıçqırığı aradan qaldıran 10 effektli üsul

Adətən nəfəsalma zamanı biz diafraqmanın yığılmasın hiss etmirik.

24 Fev 2020
Səhiyyə - Sağlamlıq

Hansı viruslar xərçəngə səbəb ola bilər?

Mütəxəssislər, hansı virusların bədəndəki xərçəng hüceyrələrinin böyüməsini təhrik etdiyini açıqlayıblar.

12 Fev 2020
Səhiyyə - Sağlamlıq

Xərçəngdən, infeksiyalardan qoruyan ən güclü vasitə: QARA SARIMSAQ

Haqlı olaraq “sarımsağın qarası da olur?”, - deyə soruşa bilərsiniz. Bəli, olur.