Qanvermənin sağlamlıq üçün MİSİLSİZ FAYDALARI

Qanvermənin sağlamlıq üçün MİSİLSİZ FAYDALARI
09 2019 09:05

Aşura günü ölkəmizdə qanvermə aksiyaları keçirilir.

Bu çox gözəl və xeyirxah ənənədir. Bir insandan alınmış qan bir neçə insana kömək edə bilər, kiminsə sağlamlığını, kiminsə isə həyatını xilas edə bilər...

Saglamolun.az bu yazıda oxucularını qanvermənin donorun sağlamlığı üçün olan faydaları ilə tanış edir. Bəli, öz qanını digər insanlarla paylaşan insan bunu etməklə öz orqanizmini daha möhkəm və sağlam edir.

Hələ qədim zamanlardan qanalma müxtəlif xəstəliklər zamanı müalicə üsulu kimi istifadə olunurdu. Müasir tibdə sübut olunub ki, donorluq insanın sağlamlığına nəinki zərər vurmur, əksinə böyük fayda verir.

- Böyüklərin orqanizmində təxminən 5,5 litr qan olur. Qanvermə zamanı 450 qr kimi qan alına bilər ki, bu insanın sağlamlığı üçün heç bir təhlükə yaratmır.

- Qanvermə orqanizmə güclü stimullaşdırıcı təsir edir. Qan hücüyrələri sürətlə bərpa olunur, qan yenilənir, orqanizm yenilənir. Bu isə orqanizmə ümumi möhkəmləndirici və cavanlaşdırıcı təsir edir.

2007-ci ildə Danimarka və İsveçrə həkimləri donorlarla bağlı olan ciddi araşdırmalar apardılar. Nəticədə məlum oldu ki, adi insanla müqayisədə müntəzəm qan verən donorlar arasında dəri, qan, oynaqlar və əzələ, böyrək, ağ ciyər, sinir sistemi və s. xəstəlikləri daha az yayılıb. Donorlar arasında ürək-damar və onkoloji xəstəliklərindən ölüm halları adi insanlarla müqayisədə 25-30% azdır.

- Sübut olunub ki, daim qan verən insanın müxtəlif travmalar, qəzalar və s. nəticəsində  qanaxmadan həlak olmaq riski adi insanla müqayisədə daha azdır. Yəni donor və adi insan eyni travma alarsa, donorun sağ qalmaq ehtimalı daha yüksəkdir. Bu xüsusilə peşələri risklə bağlı olan insanlar üçün (polislər, hərbiçilər, xilasedicilər və s.) vacibdir.

- Qanvermə müxtəlif ürək-damar sistemi xəstəliklərinin, aterosklerozun, infarktın, insultun profilaktikası sayılır. Qanvermə tromblara meylli olan insanlar üçün xeyirlidir.

- Qanvermə immun sisteminin, qara ciyərin, dalağın fəaliyyətini yaxşılaşdırır, mübadilə proseslərini sürətləndirir.

- Böyük donorluq stajı olan insanlar israr edir ki, qanvermədən sonra onlar özünü daha yaxşı və fəal hiss edir, sanki bir neçə il cavanlaşırlar.

- Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, donorlar adi insanlarla müqayisədə orta hesabla 5 il çox yaşayırlar.


1 May 2020
Səhiyyə - Sağlamlıq

Cəlal İsayev: “Ölkədə epidemioloji vəziyyət vətəndaşlardan asılıdır” - ŞƏRH

Bu günə qədər Azərbaycanda COVID-19-a 1804 təsdiq edilmiş yoluxma hadisəsi qeydə alınıb. Yoluxanlardan 24 nəfəri ölüb, 1325-i sağalıb, 455-i isə xüsusi rejimli xəstəxanalarda müalicəsini davam etdirir. Aprelin 27-dən etibarən ölkədə yumşaldılmış karantin rejimi qüvvədədir. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bir çox vətəndaşlar həm küçədə, həm də ictimai nəqliyyatda maska və əlcəklərə məhəl qoymadan elementar təhlükəsizlik tədbirlərinə əməl etmir.

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda daha 58 nəfər koronavirusdan sağaldı - RƏSMİ

Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda daha bir nəfər koronavirusdan öldü - 38 yeni yoluxma

Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Bəla sovuşmayıb: Azərbaycanda koronavirusun ikinci dalğası ola bilər

Mayın 4-də Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması gözlənilir. Fəqət, bəzi vətəndaşlarımızda ifrat nikbinlik, gərəksiz rahatlıq hissi yaranıb və onlar düşünürlər ki, COVİD-19 koronavirus pandemiyası ilə bağlı təhlükə sovuşub.

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Alimlər siçovulun onurğa beynindən və süni əzələlərdən biorobot yaratdılar - FOTO

ABŞ neyrofizioloqları siçovulların onurğa beyni ilə süni şəkildə böyüdülmüş əzələlərin bir parçasını birləşdirib, onları idarə etməyi öyrənərək “biorobot“un prototipini yaradıblar.