MDB Oyunları: Azərbaycan medal sıralamasında bir pillə irəlilədi - FOTO

MDB Oyunları: Azərbaycan medal sıralamasında bir pillə irəlilədi - FOTO
10 Sent 2021 10:49


Tatarıstanın paytaxtı Kazanda keçirilən MDB Oyunlarında Azərbaycan medal sıralamasında irəliləyib.

realpress.az-ın xəbərinə görə, bu uğur dünənki nəticələrdən sonra qeydə alınıb. Belə ki, Azərbaycan millisi bir pillə irəliləyərək əvvəlki mövqeyinə – üçüncü sıraya qayıdıb. Buna cüdo millimizin dünən fərdi yarışlarda iki qızıl, bir gümüş və dörd bürünc medal qazanması səbəb olub.

Azərbaycan hazırda 13 qızıl, 10 gümüş və 23 bürünc medal qazanıb və əyara görə Qazaxıstanı qabaqlayıb. Rusiya (95-32-38) birinci, Özbəkistan (21-29-30) ikinci sıradadır.

Ölkəmiz medal sayında isə yenə beşinci sıradadır. 46 medal qazanan Azərbaycandan qabaqda Rusiya (165), Qazaxıstan (89), Özbəkistan (80) və Belarus (53) gedir.

Qeyd edək ki, sabah başa çatacaq ilk MDB Oyunlarında Tacikistan, Ermənistan və Moldova hələ də qızıl medal üzünə həsrətdir.



25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.