Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyində seçkilər keçiriləcək.
realpress.az xəbər verir ki, bunun üçün sentyabrın 28-də saat 12:00-da videokonfrans vasitəsilə MPK-nin ümumi yığıncağı keçiriləcək.
Ümumi yığıncaqda gündəliyə aşağıda olan məsələlər daxildir:
1. MPK-nin hesabatı və Paris 2024 XVII Yay Paralimpiya Oyunları ilə əlaqədər fəaliyyət planı;
2. MPK-nin nizamnaməsində dəyişikliklərin edilməsi;
3. MPK-nin rəhbər orqanlarının seçilməsi.
Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.
Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.