Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatı ilə bağlı əhəmiyyətli hədəfi AÇIQLADI - FOTO

Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatı ilə bağlı əhəmiyyətli hədəfi AÇIQLADI - FOTO
23 Sent 2021 12:07


“Növbəti illərdə Azərbaycanın qeyri-neft ixracı 2 milyard dollara çatacaq”.

realpress.az-ın məlumatına görə, bunu “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021” hesabatının təqdimatında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, ölkədə qeyri-neft ixracı 37 faiz artıb: “Münbit dinamika növbəti illərdə ixrac həcmini 2 milyard dollara çatdırmağa imkan verəcək. İxracla bağlı olan məlumatları təhlil etmişik, burada kifayət qədər ciddi xammal və malların həcmi var”.

Mikayıl Cabbarov təqdimatdakı çıxışı zamanı Ələt Azad İqtisadi Zonasının logistika imkanları barədə məlumat verib. Nazir əlavə edib ki, növbəti illərdə dövlət satınalmalarının keyfiyyəti və islahatı, eyni zamanda, rəqabətin artırılması məsələsi də prioritet məsələ olacaq.



16 Apr 2024
Dünya

Ərdoğan bu tarixdə İraqa gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 22-də İraqa rəsmi səfər edəcək.

16 Apr 2024
Dünya

Liviya neft hasilatına görə Afrikada lider oldu

Liviya son 10 ildə ilk dəfə olaraq Nigeriyanı keçərək neft hasilatına görə Afrikada birinci ölkə olub.

16 Apr 2024
Dünya

Finlandiyadan Rusiya ilə bağlı sərhəd qərarı

Aprelin 15-dən etibarən Finlandiya Rusiya ilə quru sərhədləri ilə yanaşı, dəniz keçid məntəqələrini bağlayıb.

16 Apr 2024
Dünya

İtaliya Tehrandakı konsulluğunu bağladı

İtaliyanın Tehrandakı Konsulluğu aprelin 14-dən növbəti xəbərdarlığa qədər ictimaiyyət üçün bağlı olacağını açıqlayıb.