Rusiya məktəblərində stulların xalça ilə əvəzlənməsi təklif olunub - FOTO

Rusiya məktəblərində stulların xalça ilə əvəzlənməsi təklif olunub - FOTO
24 Sent 2021 09:48


Rusiyada məktəblərdə partaları yerdə oturmaqla əvəzləmək təklif olunub. Belə bir tövsiyəni Rusiya Pediatrlar Birliyinin üzvü, tibb elmləri namizədi, pediatr İrina Dobretsova verib.

O bildirib ki, təhsil müəssisələri uşaqların fiziki fəaliyyəti üçün daha çox şərait yaratmalıdır.

Mütəxəssis siniflərin amfiteatr deyil, düzbucaqlı olduğuna diqqət çəkib. Pediatrın sözlərinə görə, bu səbəbdən də şagird bütün dərsi bir istiqamətə yönəlir və bir tərəfi keyləşir.

“Ancaq orta sırada oturanın bəxti gətirir. Uşaqlar evə gedir, orada da hər zaman düzgün masa var. Dərslərdə əl-qolun, bədənin açılışması üçün hərəkətlər edilməlidir, partalar isə başqa cürə düzülməlidir”, - deyə həkim əlavə edib.

Dobrotseva dərsin ilk 10-15 dəqiqəsində uşaqların yerdə xalça üzərində oturub yeni material dinlədiyi bəzi xarici və pullu rus məktəblərin təcrübəsindən istifadə etməyə çağırıb. Həkimin sözlərinə görə, belə təhsil müəssisələrində uşaqlar suala cavab verərkən ayağa qalxırlar. Bundan əlavə, uşaqların sinifdə hərəkət etmək imkanı var. Yazı yazmaq lazım olduqda isə parta arxasına keçirlər.

Həkim məktəblərdə bədən tərbiyəsi dərslərinə daha çox diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

“Bundan əlavə, oksigen nəfəslikdən deyil, küçədə alınmalıdır. Ancaq bu zaman effekti olur: aktiv hərəkət edən uşağın daha yaxşı koqnitiv funksiyaları olur. O, hər şeyi daha sürətli edir və yaxşı yadda saxlayır”, - deyə Dobrotseva sözlərini yekunlaşdırıb.



29 Mar 2024
Dünya

İsrail Suriya ordusunun mövqelərini bombalayıb: 40-a yaxın hərbçi ölüb - VİDEO

İsrailin Suriyanın şimal-qərbində yerləşən Hələb əyalətinə endirdiyi hava zərbələri nəticəsində azı 36 Suriya hərbçisi həlak olub.

29 Mar 2024
Dünya

Braziliyada 25 mərtəbəli bina alovlara büründü - VİDEO

Braziliyanın Resife şəhərinin çoxmərtəbəli bina yanır.

29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.