İlham Əliyev: “Atamın məzarını ziyarət edəndə ona əsgəri salam verdim”

İlham Əliyev: “Atamın məzarını ziyarət edəndə ona əsgəri salam verdim”
24 Sent 2021 13:23


“Artıq noyabrın 7-də biz əmin idik ki, Şuşa azad ediləcək. Hələ bəzi yerlərdə hərbi əməliyyatlar gedirdi, lakin artıq noyabrın 8-nə keçən gecə biz elan etdik ki, Şuşa azad olunub və səhər mən bu müraciəti etdim. Çünki hər şey hələ çox təzə idi və hisslər qamması aşıb-daşırdı”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində deyib. 

İlham Əliyev İqor Korotçenkonun “Hamının yadındadır ki, bu Qələbə qazanılandan sonra, - bu kadrlar hamının yadındadır, - Siz və birinci xanım atanız Heydər Əliyevin məzarını ziyarət etdiniz. Onu Rusiyada, o cümlədən həm Sovet İttifaqının görkəmli dövlət xadimi kimi, həm də Azərbaycanı faktiki olaraq dünyanın siyasi xəritəsindən silinməkdən xilas etmiş insan kimi xatırlayırlar. Əslində, o, hakimiyyətə gələndən sonra Azərbaycan irəliyə doğru hərəkət etmək üçün güclü pozitiv dinamika aldı. Bu kadrlar yadımızdadır - Siz, birinci xanım, Sizin gözləriniz, Sizin çöhrəniz. Həmin anda Siz nə haqda düşünürdünüz, nəyi xatırlayırdınız, hansı hissləri keçirirdiniz?” sualına belə cavab verib:

“Əlbəttə, Şəhidlər xiyabanını, atamın məzarını ziyarət edəndə, ilk növbədə, qürur duyurdum, - mən ona əsgəri salam verdim və tarixi missiyamı yerinə yetirməyim, onun vəsiyyətinə əməl etməyim barədə məruzə etdim, qürur hissi keçirirdim, həm də təəssüflənirdim ki, atam bunu görmədi. Lakin məndə bir daxili əminlik vardı ki, yəqin onun ruhu bizimlədir və qəlbən sevinir

Lakin o vaxt hələ tam qələbə yox idi. Mən fikirləşirdim ki, biz hələ çox iş görməliyik, çünki o vaxt güman edə bilməzdim ki, ertəsi gün müharibə qurtaracaq. O vaxt biz erməni tərəfdən siqnal almamışdıq, əksinə, onlar Şuşanı artıq azad etmiş hərbi qarnizonumuzu bombalamaq üçün bəzi silahlardan istifadə edirdilər. Bu, ayın 8-i səhər idi. Buna görə mən həm də düşünürdüm ki, biz hələ vuruşmalı olacağıq, fikirləşirdim ki, sevinmək vaxtı deyil, indi qalan əraziləri də azad etmək üçün əlimizdən gələni etməliyik. Mən bu barədə düşünürdüm və ayın 8-də axşam biz Silahlı Qüvvələrin noyabrın 9-da nə edəcəyini planlaşdırmışdıq. Noyabrın 9-da biz daha bir neçə çox uğurlu əməliyyat keçirdik. Əslində, Şuşanın azad edilməsi Ermənistan ordusunun, necə deyərlər, belini qırdı, o mənəviyyatca tamamilə sarsılmışdı. Aydın idi ki, biz Şuşanı götürəndən sonra Laçın dəhlizində olduğumuz şəraitdə işğal altında qalan digər ərazilərin taleyi, əslində, həll edilib, bu, sadəcə, zaman tələb edir və necə deyərlər, insanların həyatı nahaq yerə yarımçıq qalır. Lakin görünür Ermənistan tərəfi bunu başa düşmüşdü və gec də olsa belə qərar qəbul etdi. Mən atamın məzarını ziyarət edəndə bu cür hisslər keçirirdim – həm onun, həm tarixin, həm də xalqın qarşısında yerinə yetirilmiş borc hissi”.

24 Apr 2024
Siyasət

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq.

24 Apr 2024
Siyasət

İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.

24 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur”

“Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur”.

24 Apr 2024
Siyasət

Prezident: “Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu dörd dəfə - 100 milyon dollaradək artıb”

“Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu dörd dəfə - 100 milyon dollaradək artıb”.

24 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib.