Bakıda ibri dilini tədris edən məktəbin fəaliyyəti bərpa olundu - FOTO

Bakıda ibri dilini tədris edən məktəbin fəaliyyəti bərpa olundu - FOTO
24 Sent 2021 14:26


2021-2022-ci tədris ilindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 152 və 172 nömrəli tam orta məktəb fəaliyyətə başlayıb.

İdarədən verilən məlumata görə, təhsil nazirinin aprelin 19-da imzaladığı əmrə əsasən 152 nömrəli tam orta məktəbin fəaliyyəti bərpa edilib.

Həmin tarixdən etibarən “Xabad-Or-Avner” məktəbi 152 nömrəli tam orta məktəb kimi fəaliyyətini davam etdirir.

Məktəbdə digər fənlərlə yanaşı, “Yəhudi mədəniyyətinin əsasları”, “Yəhudi xalqının tarixi” də öyrədilir və ikinci xarici dil kimi ibri dili (ivrit dili) tədris edilir.

Müasir tələblərə uyğun inşa edilmiş məktəb üçmərtəbəli kompleksdən ibarətdir. Məktəbdə yeməkxana, idman zalı və meydançası, fənn kabinetləri, kompüter otaqları fəaliyyət göstərir və tədris ocağı müasir avadanlıqlarla təchiz edilib.

Təhsil nazirinin mayın 31-də imzaladığı daha bir əmrinə əsasən 172 nömrəli tam orta məktəbin də fəaliyyəti bərpa olunub. Üçmərtəbəli kompleksdən ibarət müasir standartlara cavab verən təhsil müəssisəsində yeməkxana, kitabxana, idman zalı, texnologiya kabinetləri, məktəbəqədər hazırlıq otaqları, həkim otağı, informatika kabinetləri, kompüterlərlə təchiz olunmuş oxu zalı, akt zalı, fənn kabinetləri, hərbi hazırlıq otağı fəaliyyət göstərir.

Qeyd edək ki, yeni tədris ilində paytaxtda ehtiyac olan ərazilərdə 5 yeni məktəbin tikintisi tamamlanıb, 3 yeni məktəbin tikintisi davam edir. Eyni zamanda 74 məktəbdə cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilib.


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.