Əfqanıstanın müvəqqəti hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zabiullah Mücahid Rusiya ilə əlaqələri yüksək səviyyədə inkişaf etdirmək niyyətində olduqlarını açıqlayıb.
O, xüsusilə, Əfqanıstan rəsmilərinin Moskvaya səfər üçün dəvət gözlədiklərini bildirib.
Onun sözlərinə görə, Rusiya Əfqanıstan üçün vacib ölkədir. Gün gələcək hər kəs “Kabil ilə Moskva arasındakı güclü əlaqənin şahidi olacaq”.
Mücahid həmçinin qeyd edib ki, Rusiya digər ölkələrlə birlikdə Əfqanıstanda iqtisadi layihələrini həyata keçirməyə başlaya bilər, həm də bu ölkəyə sərmayə qoya bilər. Türkiyə isə təhsilə kömək edə bilər.
Mənbə: Mk.ru
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.