Erməni silahlıları Kəlbəcərdə mülki avtomobil karvanını atəşə tutdu - RƏSMİ + FOTO

Erməni silahlıları Kəlbəcərdə mülki avtomobil karvanını atəşə tutdu - RƏSMİ + FOTO
13 Okt 2021 16:50


Oktyabrın 13-ü saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, atəş nəticəsində kolonun önündə hərəkət edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Polisinin Hərbi Avtomobil Müfəttişliyinin VAZ-2121 markalı avtomobilinin ön, arxa hissəsi, təkəri və hərəkət mexanizmləri zədələnib.

Xoşbəxtlikdən ölən və yaralanan yoxdur.

Qeyd edilib ki, azad olunmuş ərazilərdə mülki infrastrukturun bərpa edilməsi üçün Rusiya sülhməramlılarının müşayiəti ilə hərəkət edən mülki təyinatlı avtomobil karvanının qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə tutulması yolverilməzdir:

“Bu insidentin araşdırılması üçün Azərbaycan Respublikasının Qarabağ İqtisadi Rayonunun müəyyən hissəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə müraciət edilmişdir”. 


20 Okt 2021
Cəmiyyət

Nazirdən yeni rəis TƏYİNATI

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

20 Okt 2021
Cəmiyyət

Ağdamda məktəbdə kütləvi koronavirusa yoluxma qeydə alınsa da, məktəb bağlanmır

Ağdam rayonu Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbinin müəllim və şagird heyəti arasında koronavirusa yoluxma halları artıb. 

20 Okt 2021
Cəmiyyət

Bərdədə müəllim və şagirdlər arasında koronavirusa yoluxma artıb - VİDEO

Bərdədə biri şəhər, biri kənd olmaqla iki məktəbdə dərslər müvəqqəti dayandırılıb.

20 Okt 2021
Cəmiyyət

Ağır xəstəliyə qalib gəlmək üçün Nihadın dəstəyinizə ehtiyacı var - FOTO

Yeddi yaşlı Nihad Şirinov leykozdan əziyyət çəkir və sümük iliyi transplantasiyasına ehtiyacı var.

20 Okt 2021
Cəmiyyət

DTX rəisi “Qırmızı Xaç”ın rəhbərliyi ilə görüşdü

Oktyabrın 19-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Jil Karbonyenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.