Nazirdən yeni rəis TƏYİNATI

Nazirdən yeni rəis TƏYİNATI
20 Okt 2021 13:18


Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

realpress.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, polis mayoru Nəbiyev Elşad Əhməd oğlu Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYP) rəisi vəzifəsinə təyinat alıb. 

O, bu təyinata qədər Xızı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində çalışıb.

Qeyd edək ki, bir müddət əvvəl Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin (DYP) rəisi, polis mayoru Şaiq Ağayev öz ərizəsi ilə vəzifəsindən azad edilərək, sərəncama götürülüb.  


8 Dek 2021
Cəmiyyət

Azərbaycan Ordusunun xüsusi təyinatlılarının anti-terror təlimi - FOTO/VİDEO

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları ilə “Yaşayış məntəqələrində antiterror əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

8 Dek 2021
Cəmiyyət

Ermənilər Kəlbəcərdəki mövqelərimizi atəşə tutdu - RƏSMİ

Dekabrın 8-i saat 14:35-dən 15:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan intensiv atəşə tutub.

8 Dek 2021
Cəmiyyət

Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 245 vaksin vurulub.

8 Dek 2021
Cəmiyyət

Azərbaycanda son sutkada 15 nəfər koronavirusdan vəfat etdi - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 210 yeni yoluxma faktı qeydə alınıb, 1 853 nəfər müalicə olunaraq sağalıb.

8 Dek 2021
Cəmiyyət

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda tunellərin inşasına başlanıldı - FOTO

Oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir. Yeni inşa edilən yol boyunca layihə çərçivəsində zəruri yerlərdə ortalama ümumi uzunluğu 6 kilometr təşkil edən 3 avtomobil tunelinin inşası nəzərdə tutulub ki, bu istiqamətdə artıq tikinti işlərinə start verilib.