BDU rəsmisi koronavirusa görə dərslərin dayandırılmasına aydınlıq gətirdi

BDU rəsmisi koronavirusa görə dərslərin dayandırılmasına aydınlıq gətirdi
20 Okt 2021 14:40


“Əyani tədris bərpa olunandan indiyə kimi Bakı Dövlət Universitetində (BDU) yeddi qrup üzrə dərslər onlayn formada keçirilir”.

Bu barədə realpress.az-ın sorğusuna cavab olaraq, BDU-nun mətbuat katibi Günel Orucəliyeva bildirib. 

Onun sözlərinə görə, 2021/22-ci tədris ilinin payız semestrində Bakı Dövlət Universitetinin bütün fakültələrində tədris növbəli şəkildə hibrid formada - mühazirələr həftədə iki gün olmaqla “BLACKBOARD” elektron təhsil sistemi üzərindən onlayn, məşğələ və laboratoriya dərsləri isə həftədə üç gün olmaqla əyani (ənənəvi) şəkildə təşkil olunur:

“Ənənəvi şəkildə tədris “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə ciddi riayət olunmaqla həyata keçirilir.

BDU-nun ərazisində fəaliyyət göstərən poliklinikanın həkimləri ənənəvi tədris prosesinə cəlb olunublar. Onlar müəllim və tələbələrinin sağlamlığına müntəzəm olaraq nəzarət edirlər”.

“Bu günədək BDU-da təhsilalanlar arasında hər qrupda bir nəfər olmaqla yeddi müxtəlif qrupda COVID-19 virusu aşkarlandığı üçün bütün dərslər 14 gün müddətinə onlayn formaya keçirilib”, - deyə o qeyd edib.


17 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Hava Qüvvələri Naxçıvanda təlim keçib, şərti düşmən məhv edilib

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib.

17 Apr 2024
Cəmiyyət

Qazaxda Aqrar Biznes Festivalı keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və Sahibkarlığın İnkişafı Fondu, İstehlak Mallarının Ekspertizası Mərkəzi və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə Qazaxda Aqrar Biznes Festivalı keçirilib.

17 Apr 2024
Cəmiyyət

Azərbaycanda lisey və gimnaziyaların sayı artırılacaq

“2014-cü ildən başlayaraq təhsil sistemində olimpiadalara yeni yanaşma tətbiq olundu. Sonrakı mərhələdə istedadlı uşaqların müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirildi”.

17 Apr 2024
Cəmiyyət

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

17 Apr 2024
Cəmiyyət

Milli Məclisdə dinləmə keçirilir

Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin "Sağlam ailə modelinin hüquqi aspektləri-Yaşıl dünya müstəvisində" movzusunda dinləmə keçirilir.