Ağdamda kütləvi koronavirusa yoluxma qeydə alınan məktəbin direktoru DANIŞDI - YENİLƏNİB

Ağdamda kütləvi koronavirusa yoluxma qeydə alınan məktəbin direktoru DANIŞDI - YENİLƏNİB
20 Okt 2021 14:58


Ağdam rayonu Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbin direktoru Sudeyib Məhərrəmov müəllim və şagird heyəti arasında koronavirusa yoluxma halları ilə bağlı yayılan məlumata aydınlıq gətirib. 

Direktor realpress.az-ın sorğusuna cavab olaraq bildirib ki, yalnız məktəbdə deyil, kənddə də insanlar koronavirusa yoluxub:

“Temperaturu olan uşaqların dərsə buraxılmasına icazə vermirik. Oktyabrın 15-də məktəbimizin iki müəlliminin temperaturu yüksək olduğu üçün dərsə gəlməyib. Bir müəllimimizdə koronavirus testi pozitiv çıxdığı üçün dərsə buraxılmır”.

O qeyd edib ki, məktəbdə xəstəliyin yayılması ilə bağlı Ağdam Rayon Təhsil Şöbəsinə məlumat verib:

“Oradan mənə bildirildi ki, rəsmi sənədlər Təhsil Nazirliyinə göndəriləcək. Dərslərin distant formada keçirilməsi üçün qərar verilə bilər”.

12:38

Ağdam rayonu Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbinin müəllim və şagird heyəti arasında koronavirusa yoluxma halları artıb. 

realpress.az-a daxil olan məlumatda iddia olunur ki, məktəbin müəllim və şagird heyəti arasında kütləvi yoluxmalar qeydə alınsa da, tədrisin distant formasına keçidlə bağlı heç bir qərar verilməyib.

Habelə iddia olunub ki, məsələ ilə bağlı məktəb rəhbərliyi Ağdam Rayon Təhsil Şöbəsinə məlumat versə də, bununla bağlı müvafiq qərar qəbul olunmayıb.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.