Qəhrəman Əli Nəcəfovun şəhadətindən bir il keçir - FOTO

Qəhrəman Əli Nəcəfovun şəhadətindən bir il keçir - FOTO
22 Okt 2021 15:44


Bu gün Vətən müharibəsi şəhidi Əli Nəcəfovun şəhadətindən bir il keçir. 

Bu barədə realpress.az-a onun yaxınları məlumat verib. 

Şəhidimiz 1998-ci il mayın 24-də Masallı rayonunun Tüklə kəndində anadan olub. 2004-2015-ci illərdə Binəqədi rayon 276 nömrəli tam orta məktəbdə təhsil alıb.

2016-2020-ci illərdə isə Azərbaycan Universitetində “Maliyyə və iqtisadiyyat” ixtisası üzrə ali təhsil alıb.

Vətən müharibəsi başlayanda, sentyabr ayının 27-dən ordu sıralarına qoşulub. Oktyabrın 22-də Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmən snayperi tərəfindən şəhid edilib.

Şəhidimizin nəşi oktyabrın 22-də doğulduğu Masallı rayonu Tüklə kəndində torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Əli Nəcəfov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.




24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

24 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.