Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın şəhadətə ucalmasından bir il ötür

Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın şəhadətə ucalmasından bir il ötür
23 Okt 2021 13:29


Bu gün 44 günlük Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın şəhadətə ucalmasından 1 il ötür.

realpress.az xəbər verir ki, Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olub.

Arəstənin atası - baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olanda vəfat edib.

Şəhidimiz 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində təhsili davam etdirib.

2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində operator vəzifəsində xidmət edib.

Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. O, 23 oktyabr tarixində Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, o, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Arəstə Baxışova ölümündən sonra 2021-ci il mayın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan “Florence Nightingale” medalı ilə təltif edilib.

Arəstənin 12 yaşında Mərdan adlı oğlu və 11 yaşında Zəhra adında qızı Vətənə yadigar qalıb.

16 Apr 2024
Cəmiyyət

Bakı-Quba yolunda yeni yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 72-ci km-də yerüstü piyada keçidinin tikintisini yekunlaşdırmaq üzrədir.

16 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov: “Qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb” - FOTO

“Bu ilin ilk rübündə ötən ilin ilk rübü ilə müqayisədə ümumi daxili məhsulun tərkibində qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb”.

16 Apr 2024
Cəmiyyət

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib.

16 Apr 2024
Cəmiyyət

Buraxılış imtahanında 39 nəfər 300 bal toplayıb, 11 nəfərin nəticəsi ləğv olunub

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

16 Apr 2024
Cəmiyyət

Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - SABAHIN HAVASI

Azərbaycan ərazisində aprelin 17-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.