Kamaləddin Qafarov: “Azərbaycanda narkomaniyaya qarşı qətiyyətli və effektiv mübarizə aparılır”

Kamaləddin Qafarov: “Azərbaycanda narkomaniyaya qarşı qətiyyətli və effektiv mübarizə aparılır”
25 Okt 2021 10:50

"Bu gün bütün bəşəriyyəti narahat edən ən ciddi sosial problemlərdən biri də narkomaniyadır. Çox böyük narahatlıq doğuran məqam odur ki, hətta dünyanın aparıcı dövlətləri və beynəlxalq təsisatları tərəfindən ardıcıl şəkildə reallaşdırılan  preventiv tədbirlər də bu ümumbəşəri bəlanın qarşısının alınması qarşısında aciz qalır. Çox təəssüf ki, , narkomaniyanın miqyası tədricən genişlənir və bu tendensiya dünya dövlətlərini daha sərt tədbirlər görməyə vadar edir. Birmənalı olaraq deyə bilərik ki, bu gün narkomaniyaya qarşı qətiyyətli və barışmaz şəkildə mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Bu bir həqiqətdir ki, son illər ərzində ölkəmizdə bu istiqamətdə həyata keçirilən effektiv tədbirlər nəticəsində əhəmiyyətli uğurlar əldə olunmuşdur". Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib. 

Millət vəkili bildirib ki, Azərbaycan öz müstəqilliyinı bərpa etdikdən sonra dövlət quruculuğu, siyasi, iqtisadi və sosial islahatlar, bütün sahələri əhatə edən və getdikcə daha böyük vüsət alan inkişaf tempi narkomaniyaya qarşı mübarizədə cəmiyyətin və dövlətin səylərinin birləşdirilməsinə, beynəlxalq əlaqələrin genişləndirilməsinə və bu əsasda qlobal bəlaya qarşı kompleks mübarizənin aparılmasına əlverişli zəmin yaradıb. Kamaləddin Qafarov xüsusi olaraq vurğulayıb ki, bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə son 30 il ərzində ölkəmizin işğalda olan ərazilərindən keçərək Avropaya gedən narkotrafik marşrutların birdəfəlik bağlanmasını təmin etmişdir: "Məlumdur ki, Avropa və Asiya qitələrinin qovşağında yerləşən Azərbaycanın coğrafi-strateji mövqeyi onun ərazisindən narkotiklərin tranzit daşınması üçün əlverişli olduğundan, təbii olaraq bu marşrutdan istifadə üçün  mütəmadi cəhdlər göstərilir. Lakin  narkotika qaçaqmalçılarının  cəhdlərinin qarşısı qətiyyətlə alınır və alınacaq. Bu da bir danılmaz həqiqətdir ki, ölkəmizin ərazilərinin 20%-nin 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğal altında saxlanması səbəbindən Azərbaycan özünün dövlət sərhədlərinin müəyyən bir hissəsinə nəzarət edə bilmirdi. Bu isə narkotika  ticarəti ilə məşğul olan beynəlxalq qruplaşmalar üçün əlverişli fürsət idi. Bütün bu illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyev ən mötəbər beynəlxalq kürsülərdən etdiyi çıxışlarında da daim bu problemi önə çəkir və yaranmış vəziyyətin xüsusən Avropa ölkələri üçün əlavə təhlükə törətdiyini vurğulayırdı.

Bu gün artıq Azərbaycan özü ərazi bütövlüyünü bərpa etməklə bu problemi də həll edib. Ümumbəşəri bəla olan narkomaniyanın sərhəd tanımadan yayılması ölkəmiz üçün həlli vacib məsələlərdən birinə çevrildiyindən, dövlətimiz bütün qüvvə və imkanlarını səfərbər edərək bu bəlanın kökünün kəsilməsi istiqamətində aparılan beynəlxalq mübarizəyə qoşulmuş, bu sahədə həyata keçirilən işlər çərçivəsində zəruri qanunvericilik bazası yaradılmış və institusional islahatlar həyata keçirilmişdir. Bir sıra təşkilati-hüquqi, institusional və əməli praktiki tədbirlər həyata keçirilməklə bərabər, həmçinin qlobal bəla ilə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirak da intensiv xarakter almışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası bu sahə üzrə beynəlxalq birliyin bütün səylərini dəstəkləyərək, Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulmuşdur".

Millət vəkili  xüsusi olaraq qeyd etmişdir ki, bu gün ölkəmizdə həyata keçirilən narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ön sıralarında məhz Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin  və Dövlət Sərhəd Xidmətinin  əməkdaşları gedirlər: "Azərbaycan Respublikasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə daim diqqət mərkəzində olmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk illərdən ölkədə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət səviyyəsinə qaldırmış və hazırda bu strateji kurs dövlət başçısı cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Azərbaycan BMT-nin narkotik vasitələr və psixotrop maddələrlə əlaqədar baza konvensiyasının hər birinə qoşulmuş, bu sahədə məsələləri tənzimləyən çoxsaylı qanunvericilik aktları qəbul olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" aidiyyəti orqanlar qarşısında konkret vəzifələr qoymaqla,  bu təhlükəli təzahürlərin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir. Əlbəttə ki, həmin Dövlət Proqramı ilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi xüsusi rol oyayır. Dövlət Proqramının ölkə üzrə icrası ilə əlaqədar yerli icra hakimiyyəti orqanları ilə birlikdə hüquq mühafizə orqanlarının, o cümlədən DİN orqanlarının məsul əməkdaşlarının iştirakı ilə ölkə üzrə mütəmadi keçirilən seminarlarda və dəyirmi masalarda yeniyetmələr, gənclər və müəllimlər yaxından iştirak etmiş, mütəxəssislər tərəfindən onlara narkomaniya, onun doğurduğu fəsadlar, narkotiklərin cəmiyyətə və insan sağlamlığına ziyanı, törətdiyi sosial bəlalar barədə izahat xarakterli məlumatlar verilir. Ölkənin hüquq-mühafizə orqanları narkotiklərlə mübarizə sahəsində qabaqcıl dünya təcrübəsinə əsaslanan kompleks tədbirlərin davamlı olaraq sistemli şəkildə həyata keçirilməsi üçün fəaliyyət göstərirlər. Diqqətəlayiq haldır ki, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti nəticəsində 2020-ci il ərzində narkotiklərlə əlaqədar 5221 cinayət faktı aşkar edilmiş, 4041 kq  narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır. Aşkar edilən cinayətlər üzrə narkotiklərin əsas daşınma marşrutları Əfqanıstan və İran İslam respublikalarında əldə edilən narkotiklərin tranzit olaraq Azərbaycandan keçirilməklə, Gürcüstandan və Rusiya Federasiyasından Ukraynaya, oradan da Avropa ölkələrinə - Belçika Krallığı, Niderland Krallığı, Polşa Respublikası və digərlərinə gedən marşrut xətləridir. Təqdim olunan məlumatlara görə 2021-ci ilin I rübü ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində ümumilikdə 2050 cinayət faktı aşkarlanmışdır. Onlardan 747-si narkotik vasitələrin qanunsuz satışı, 1264-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 13-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 26-sı isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1287 kq  narkotik vasitə və psixotrop maddə götürülmüşdür.

Cari ilin I rübü ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aşkar edilmiş 1997 fakt üzrə qanunsuz dövriyyədən çəkisi 1 tondan artıq olan narkotik vasitələr və psixotrop maddələr, habelə, güclü təsir edən maddələr çıxarılmış, qanunsuz əkilib-becərilmiş çətənə bitkiləri müəyyən edilərək müvafiq tədbirlər görülməsi üçün istintaq orqanlarına verilmişdir. Bütün bunlar deməyə əsas verir ki, bu gün Azərbaycan dünyada narkomaniyaya qarşı ən qətiyyətli və effektiv şəkildə mübarizə aparan ölkələrdəndir".


28 Mar 2024
Siyasət

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 

28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.

28 Mar 2024
Siyasət

Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.

27 Mar 2024
Siyasət

Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın HAVA PROQNOZU

Martın 28-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

27 Mar 2024
Siyasət

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksində 134 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.