Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO/VİDEO

Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO/VİDEO
25 Okt 2021 15:56


Bu gün şəhid Tural Yadulla oğlu Eyyubovun anım günüdür. 

realpress.az-ın məlumatına görə, şəhidimiz Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 25-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. 

Qəhrəman leytenant Kürdəmir rayonunda dəfn edilib. 

T.Eyyubov 1992-ci il iyulun 2-də Kürdəmir rayonunun Mollakənd kəndində anadan olub. 1993-cü ilin iyulundan Eyyubovlar ailəsi Rusiyaya köçüb. Tural 1998-2005-ci illərdə Rusiyada təhsil alıb. 2005-2009-cu illərdə isə Nəsimi rayonunda 240 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib. 2009-2013-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsində ali təhsil alıb. Ailəli idi.

Şəhidimiz 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra isə 2014-2015-ci illərdə Azərbaycan Ordusunun sıralarında leytenant hərbi rütbəsi ilə xidmət edib.

Azərbaycan Ordusunun leytenantı Tural Eyyubov 2020-ci il sentyabrın 27-də ərazi bütövlüyümüzün bərpası, işğal altındakı torpaqların azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı şəxsi igidlik göstərib. 

Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib.

O, ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by realpress.az (@oxuaz)


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.