Qarabağa böyük qayıdışımız: Şövqlə qurulan gələcək - FOTO

Qarabağa böyük qayıdışımız: Şövqlə qurulan gələcək - FOTO
25 Okt 2021 17:48


“Yüzlərlə texnika, minlərlə insan sürətli quruculuq işlərinə cəlb olunub. Necə ki hərbçilərimiz böyük fədakarlıqlar, qəhrəmanlıqlar göstərib qısa zamanda torpaqlarımızı işğaldan azad ediblər, eyni fədakarlıqla da inşaatçılarımız çalışırlar”.

 
Vətən Müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdıqdan dərhal sonra işğaldan azad olunan ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsinə başlanıldı. Bunun ardınca rayon, şəhər və kəndlərin bərpası prosesinə start verildi. İlk növbədə yol infrastrukturu quruldu. Qısa müddətdə Şuşa şəhərinə Zəfər yolu çəkildi, digər yaşayış məntəqələrini birləşdirəcək yeni yolların, həmçinin hərbi təyinatlı yolların inşasına başlanıldı.

Genişmiqyaslı bərpa layihələrinin uğurla icra edilməsi üçün elektrik, su təchizatı məsələlərinin həlli istiqamətində mühüm işlər görülüb. Şuşa şəhərində bir sıra obyektlərin istifadəyə verilməsi ilə paralel olaraq Vaqif Poeziya Günləri, Xarıbülbül Musiqi Festivalı keçirilib. Füzuli, Zəngilan, Laçın rayonlarında beynəlxalq hava limanlarının tikintisinə başlanılıb. Qarabağın giriş qapısı sayılan Füzulidəki aeroport cəmisi 8 aya hazır vəziyyətə gətirilib, təyyarə reyslərini qəbul edib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Ağdam, Kəlbəcər, Laçın, Füzuli, Xocavənd, Hadrut, Cəbrayıl, Şuşa, Suqovuşan səfərlərində bəzi yaşayış məntəqələrinin baş planlarının təqdimatı olub. Ölkə başçısı və birinci xanım ictimaiyyət nümayəndələri ilə birlikdə yeni infrastruktur layihələrin, o cümlədən “ağıllı kəndlər”in, müasir çoxmənzilli binalardan ibarət yeni yaşayış məhəllələrinin təməlini qoyublar.

Bütün bunlar Qarabağ və ətraf rayonların əzəli sahiblərinin öz torpaqlarına qayıtdığını, Azərbaycan Prezidentinin rəhbərliyi altında işğaldan azad olunan ərazilərin sürətlə yenidən qurulduğunu, bərpa edildiyini nümayiş etdirir. Ölkə başçısının vurğuladığı kimi, qalib və qürurlu Azərbaycan xalqı bundan sonra bu torpaqlarda əbədiyyən yaşayacaq. Füzuliyə səfəri çərçivəsində rayon ictimaiyyəti ilə görüşən Prezident İlham Əliyev bu barədə danışarkən qeyd edib ki, azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar tezliklə öz doğma ocaqlarına qayıdacaqlar. Onun sözlərinə görə, indiyə qədər təməli qoyulan layihələr bizi hədəflərimizə doğru daha da yaxınlaşdırır:

“Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq. Əminəm ki, bütün planlarımız - bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik. Əlbəttə ki, 30 il ərzində əziyyət içində, o cümlədən mənəvi əzab içində yaşamış köçkünləri, maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytaracağıq”.

Dövlət başçısının Ağdam və Füzuli rayonlarının ictimaiyyət nümayəndələri ilə görüşlərində iştirak edən millət vəkili Aqil Abbas “Kaspi” qəzetinə açıqlamasında deyib ki, işğaldan azad olunan bütün rayonlar, o cümlədən Ağdam geniş tikinti meydançasını xatırladır, sürətli quruculuq, bərpa işləri həyata keçirilir. Deputatın sözlərinə görə, işlərin bu cür sürətlə gedişi onu deməyə əsas verir ki, məcburi köçkünlər öz ata-baba yurdlarına daha tez qayıda biləcəklər: “Cənab Prezident İlham Əliyevlə Şuşada görüşəndə qısa söhbət etdik. O, Ağdama gedib-getmədiyimi soruşdu. Bu söhbətdən sonra ailə üzvlərimlə birlikdə iki dəfə Ağdama getdim. Orada görülən işlərlə yerində tanış oldum. Cənab Prezidentlə Füzulidəki görüşümüz zamanı ona Ağdamda gördüklərim barədə ətraflı məlumat verdim. Ağdamda sürətlə həm dördzolaqlı, geniş avtomobil yolu çəkilir, həm də dəmiryolu. Demək olar ki, hər iki layihə yekunlaşmaq üzrədir. Yüzlərlə texnika, minlərlə insan sürətli quruculuq işlərinə cəlb olunub. Necə ki hərbçilərimiz böyük fədakarlıqlar, qəhrəmanlıqlar göstərib qısa zamanda torpaqlarımızı işğaldan azad ediblər, eyni fədakarlıqla da inşaatçılarımız çalışırlar. Ağdam qaynayır. Şəhərdə gözəl bağ salınıb, Prezidentin xüsusi nümayəndəliyinin, tikinti təşkilatlarının ofisləri hazırlanıb. Bütün bunlar barədə dövlət başçısına danışanda o söylədi ki, birlikdə yenə Ağdama gedərik, görülən işlərlə tanış olarıq. Baş verən bu hadisələr, yaradılan, qurulan rayon, şəhər və kəndlər bütün ağdamlılar kimi məni də sevindirir”.

Deputatın qənaətinə görə, işlər belə sürətlə davam edərsə, ağdamlılar 4 il ərzində öz doğma yurdlarına qayıda biləcəklər:

“Kəndlərə qayıdış daha tez baş verəcək. Amma şəhərə qayıtmaq üçün haradasa 4 il lazım gələcək. Çox yüksək səviyyədə böyük tikinti layihələri icra olunur. Təklif edərdim ki, vaxtilə Nadir Abbasov tərəfindən yay aylarında yaradılan və müsbət təcrübə kimi keçmiş SSRİ-yə yayılan tələbə inşaat dəstələri yenidən bərpa olunsun. Tələbə gənclərimiz də azad olunan ərazilərimizin quruculuğunda müəyyən ödəniş müqabilində iştirakçı olsunlar, əldə etdikləri vəsaiti təhsil haqlarına ödəsinlər, yaxud tələbatlarına uyğun xərcləsinlər. Bütün Qarabağ geniş tikinti meydanıdır indi. Tikilən, yenidən qurulan bu şəhərlər, rayon, kənd və qəsəbələr əvvəlki adları ilə adlandırılsa da, onlara ikinci həyat bəxş edən İlham Əliyevin şəhərləri kimi tarixə düşəcəklər”.

19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.