Azərbaycan Ermənistanla sərhəddə yeni postlar qurub.
Bu barədə “Report”un Qubadlıya ezam olunan əməkdaşı xəbər verir. Məlumata görə, postların bir hissəsi rayonun Eyvazlı kəndində qurulub.
Eyni zamanda Zəngilan rayonunun Qazançı kəndində də yeni post qurulub.
Qeyd edək ki, DSX Qubadlı və Zəngilan rayonlarına mediatur təşkil edib. Mediatur çərçivəsində jurnalistlər həmin postlara baş çəkəcəklər.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.