Ürək qüsurlu 8 aylıq Həbibə əməliyyat olunacaq: İanə toplamaq dayandırıldı - YENİLƏNİB + FOTO

Ürək qüsurlu 8 aylıq Həbibə əməliyyat olunacaq: İanə toplamaq dayandırıldı - YENİLƏNİB + FOTO
22 Noy 2021 16:43


Dünən Masallı sakini Nərgiz Əliyeva Media.Az-ın redaksiyasına kömək üçün müraciət edib.

Onun səkkiz aylıq qızı Həbibə Nəcəfovanın anadangəlmə ürək qüsuru var və valideynləri bu barədə gec xəbər tutublar.

Körpənin təcili əməliyyata ehtiyacı var idi.

“Mərkəzi Kliniki Xəstəxanadan bizə zəng edib dedilər ki, qızımız pulsuz əməliyyat olunacaq, bütün xərcləri Heydər Əliyev Fondu qarşılayacaq. Dərhal pul yığmağı dayandırdıq. Yığılan məbləğ qızımızın reabilitasiyasına sərf ediləcək”, - deyə Xəbibə Nəcəfovanın anası bildirib.

19:48 (21.11.2021)

Masallı sakini Nərgiz Əliyeva kömək üçün  müraciət edib. Onun səkkiz aylıq qızı Həbibə Nəcəfovada anadangəlmə ürək qüsuru var və valideynləri bundan gec xəbər tutublar. İndi körpənin təcili əməliyyata ehtiyacı var.

“Qızım dörd aylıq olanda çox pis öskürməyə başladı. Biz onu müalicə etməyə başladıq, antibiotiklər aldıq, amma heç nə kömək etmədi. Sonra onu həkimə apardıq, bizə dedilər ki, onda anadangəlmə ürək qüsuru var, Halbuki, bu barədə doğum evində bizə heç nə bildirilməyib”, - deyə N.Əliyeva danışıb.

Qızına kömək etmək üçün anası bir çox mütəxəssisə müraciət edib. Onun sözlərinə görə, həkimlər yekdilliklə belə xəstələrin çox olduğunu və Həbibənin dərmanlarla sağalacağını iddia ediblər:

“Dedilər ki, qızının ürəyində iki dəlik var və klapanlardan biri daralıb. Bizə çoxlu dərmanlar yazıblar... Bilsəniz, ona hər gün neçə həb vermişik, nə qədər iynə vurmuşuq... Heç nə kömək etmədi”.

Valideynlər qızı Lənkərana aparmaq qərarına gəliblər. Orada uşaq ilk dəfə exokardioqrafiyadan keçib. Onun nəticələrinə görə, həkimlərə məlum olub ki, bu halda əməliyyat qaçılmazdır. Körpəni Bakıya aparmağı məsləhət görüblər.

“Hər bir valideyn kimi biz də ümid edirdik ki, əməliyyata ehtiyac olmayacaq, çünki Həbibə hələ çox kiçikdir. Ancaq bizə izah etdilər ki, etdiyimiz müalicə səhvdir, bu, vəziyyəti daha da pisləşdirir. Hətta bir neçə ay əvvəl qızıma verdiyim antibiotiklər də onun üçün əks göstərişlidir”, - deyə Nərgiz xanım bildirib.

Paytaxtda Həbibə fərqli xəstəxanalarda daha iki dəfə exokardioqrafiyadan keçib. Onların nəticələri göstərib ki, körpədə mədəcik çəpəri defekti, ağciyər arteriyası qapağının stenozu, aortanın dekstrapozisiyası və qulaqcıq çəpəri qüsuru var. Həkimlər valideynlərə qızlarının təcili əməliyyata ehtiyacı olduğunu və bunun 10 min manata başa gələcəyini təsdiqləyiblər.

“Həkimlərdən soruşduq ki, qızım bir az böyüsün deyə əməliyyatı altı ay təxirə salmaq olarmı. Yox, dedilər və bizə bir həftə vaxt verdilər. Təəssüf ki, bizim ailədə belə imkan yoxdur. Mənim Həbibədən başqa daha iki övladım var. Yeganə çörək verənimiz isə ərimdir. Toylarda aşpaz işləyir, amma Masallıda belə şənliklərə çox az rast gəlinir. Hətta satmağa ad heç nəyim yoxdur. İki otaqlı kiçik evdə yaşayırıq. Dəyəri 10.000 olarsa, çəkinmədən satıram. Həyat yoldaşım artıq Heydər Əliyev Fonduna müraciət edib, bizə dedilər ki, 10 gün ərzində cavab gələcək, amma başa düşürsünüz də, bizim üçün hər gün önəmlidir...

Bu qədər səy, vaxt və pul sərf etdiyim üçün özümü həqiqətən qınayıram. Əgər diaqnozu əvvəllər bilsəydik və düzgün müalicə etsəydik, Həbibə əziyyət çəkməzdi. İndi onun cəmi 6,5 kiloqram çəkisi var... Başa düşürəm ki, bu, əvvəlcə əlaqə saxladığımız həkimlərin böyük günahıdır. Fakt budur ki, şəhərimizdə bir nəfər də olsun uşaq kardioloqu yoxdur. Bu yaxınlarda inqalyator aldım, ondan necə istifadə edəcəyimi öyrənmək üçün Masallıda üç xəstəxanaya getdim, amma həkimlərin heç biri mənə kömək edə bilmədi”, - deyə körpənin anası gileylənib.

Media.Az-ın kollektivi biganə qalmayan hər kəsi bu ailənin probleminə həssaslıq göstərməyə, səkkiz aylıq Həbibəyə bacardıqca kömək etməyə çağırır.

Nərgiz xanımla +994 55 973 05 75 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Maddi yardımı Necefli Hebib adına açılmış Kapital Bank kartına köçürmək olar: 4169 7413 9435 5034.


18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.

18 Apr 2024
Cəmiyyət

Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.

18 Apr 2024
Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.