Prezident Finlandiyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib – YENİLƏNİB+FOTO

Prezident Finlandiyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib – YENİLƏNİB+FOTO
23 Noy 2021 09:09


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narinenin etimadnaməsini qəbul edib.

səfir Kirsti Narine Finlandiya Prezidenti Sauli Niinistönün salamlarını dövlətimizin başçısına çatdırdı və etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Azərbaycan Prezidenti Finlandiya Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Finlandiya dövlətinin başçısına çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev Finlandiya Prezidenti ilə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində görüşlərini xatırlatdı. Dövlətimizin başçısı regionda vəziyyətin dəyişdiyini və regional əməkdaşlıq üçün geniş imkanların yarandığını vurğuladı.

Səfir Kirsti Narine ölkələrimiz arasında çoxlu oxşarlıqların olduğunu dedi, əlaqələrimizi genişləndirmək üçün imkanların mövcudluğunu qeyd etdi. Səfir Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini yüksək qiymətləndirdi.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın, regionda sülhün və sabitliyin gücləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


19:16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narinenin etimadnaməsini qəbul edib.

 


27 Noy 2021
Siyasət

Komitə sədri: “Soçi bəyanatı Azərbaycanın qarşısına qoyduğu məqsədlərə nail olduğunu göstərir”

“Ötən gün Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı üçtərəfli bəyanat ölkəmizin qarşısına qoyduğu məqsədlərə nail olduğunu bir daha göstərir”.

27 Noy 2021
Siyasət

Soçi bəyanatı: Ali Baş Komandanın qətiyyətinin nəticəsi - RƏY

Noyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə görüşdülər.

27 Noy 2021
Siyasət

Putin Rusiya Təhlükəsizlik Şurası ilə Azərbaycan və Ermənistan liderlərilə görüşün nəticələrini müzakirə edib

Rusiya prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla apardığı danışıqların nəticələrini müzakirə edib.

27 Noy 2021
Siyasət

XİN: “26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib”

26 noyabr 2021-ci il tarixində Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşün nəticələrini müsbət qiymətləndiririk.

27 Noy 2021
Siyasət

Soçi bəyanatı: Azərbaycan istədiyini aldı, Paşinyan isə yenə uğursuzluğa düçar oldu – ŞƏRH

Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş başa çatdı.