KOBİA-nın İdarə Heyətinin sədri “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

KOBİA-nın İdarə Heyətinin sədri “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO
23 Noy 2021 14:54


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olan Elçin Mirzəzadə ilə mentorluq proqramı çərçivəsində görüşüb.

Görüşdə KOBİA sədri mentorluq proqramının müsabiqə qalibləri üçün faydalı olacağını, bu əməkdaşlığın qaliblərin mövcud potensialının inkişafına, hədəflədikləri istiqamət üzrə bilik və bacarıqlarının artırılmasına xidmət edəcəyinə əminliyini vurğulayıb.

Qeyd olunub ki, mentorluq proqramı çərçivəsində müsabiqə qaliblərinin qazanacaqları təcrübə çalışacaqları sahələr üçün də əhəmiyyətli olacaq.

E.Mirzəzadə yeni bacarıqlara yiyələnmək istədiyini və bu baxımdan mentorluq proqramının səmərəli olacağını bildirib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

 “Yüksəliş" müsabiqəsinin idarəçi rəhbərlər heyətinin tərkibinə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov da daxildir.

Müsabiqənin şərtlərinə əsasən, qalib bir il müddətində müsabiqənin idarəçi rəhbəri ilə mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcəkdir.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.