DİN rəsmisi: “Risklər faciə ilə nəticələnə bilər” - AÇIQLAMA

DİN rəsmisi: “Risklər faciə ilə nəticələnə bilər” - AÇIQLAMA
25 Noy 2021 11:12


Daxili İşlər Nazirliyi minaların təmizləməsi ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, müharibə qalıqları - mina, döyüş silah-sursatları işğalçıların mənfur niyyətini əks etdirir. İşğaldan azad olunan bütün ərazilərdə “gözəgörünməz ölüm” təhlükəsinin təmizlənməsi işi sürətlə davam edir:

“Ərazilər təmizləndikcə istifadəyə təqdim olunur. İndi həssas dövrdür, hər kəs bu yerləri görmək arzusundadır. Bu anlaşılandır. Ancaq əraziyə kütləvi axının təmin olunması orda gedən işlərə mane ola bilər.

Nəzərə alsaq ki, ərazidə daxil olan bir şəxs minadan təmizlənən ərazidən kənara çıxması təhlükə riskini artırır. Bu risklər faciə ilə nəticələnə bilər. Ona görə, əsas diqqət bu gün ona yönəlib ki, maariflənmə işi ilə yanaşı, həmin rayonlara yaşamağa qayıdacaq vətəndaşlar üçün tam təhlükəsiz mühit yaradılsın. Əgər işlərin miqyasına baxsaq, bütün dövlət qurumları istiqamətlər üzrə fəaliyyətə cəlb edilib”.

18 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb.

18 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

18 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

18 Apr 2024
Cəmiyyət

Başlıbel qətliamından 31 il ötür - VİDEO

Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür.