Sahibkarlarla ixracla bağlı müzakirələr aparılıb - FOTO

Sahibkarlarla ixracla bağlı müzakirələr aparılıb - FOTO
25 Noy 2021 15:43


Xaçmaz şəhərində sahibkarlarla görüş keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən realpress.az-a verilən məlumata əsasən, maarifləndirmə məqsədi ilə təşkil olunan görüşdə sahibkarların ixrac zamanı qarşılaşdıqları məsələlər və onların həlli yollarına dair fikir mübadiləsi aparılıb.

İqtisadiyyat Nazirliyinin və tabeliyindəki qurumların nümayəndələrinin iştirak etdiyi görüşdə mənşə sertifikatlarının verilməsi zamanı yaranan çətinliklərlə əlaqədar Dövlət Xidmətinə daxil olan müraciətlər müzakirə edilib.

Məlum olub ki, sahibkarlar tərəfindən qaldırılan əksər məsələlər malın mənşəyinin təyin edilməsi üçün tələb olunan sənədlərin tam təqdim olunmaması, ixracatçıların mal istehsalçısı olmadığı təqdirdə elektron alış aktlarının və ya elektron qaimələrin təqdim və ya düzgün tərtib etməməsi ilə əlaqədardır. Bu cür anlaşılmazlıqların aradan qaldırılması istiqamətində sahibkarlara müxtəlif təlimatlar verilib və onların sualları cavablandırılıb.

Sahibkarları maraqlandıran sualların yerində və ətraflı cavablandırılmasını təmin etmək məqsədilə Dövlət Xidməti tərfindən bu cür görüşlərin mütəmadi olaraq təşkil olunması nəzərdə tutulur.


29 Mar 2024
Cəmiyyət

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. 

29 Mar 2024
Cəmiyyət

Komanda-qərargah təlimi keçirilib (FOTO)

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.

29 Mar 2024
Cəmiyyət

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonundan yola salınan 138 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

29 Mar 2024
Cəmiyyət

Manat bu valyutalar qarşısında bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.