Soçi görüşü: Ermənistanın üzərinə məcburi öhdəlik qoyulacaq – ŞƏRH

Soçi görüşü: Ermənistanın üzərinə məcburi öhdəlik qoyulacaq – ŞƏRH
26 Noy 2021 13:52


Bu gün Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Soçidə masaya əyləşəcək.

Bu, 10 noyabr bəyanatından sonra ikinci görüşdür, xatırladaq ki, müharibədən sonra ilk görüş bu ilin 11 yanvarında Moskvada baş tutmuşdu.

Soçi görüşü vacibdir, bu vaciblik liderlərin dekabrın 15-də Brüsseldə keçiriləcək görüşünü formal hala gətirir.

Bununla belə, Brüssel görüşü Soçi görüşünün davamıdır. Yəni Brüssel görüşünün müqəddiməsi Soçidə hazırlanacaq. 

Soçidə razılaşdırılacaq məqamlar Brüsseldə Qərbin maraqları ilə uzlaşdırılacaq.

Soçi görüşü sərhəd insidentlərinə son qoymaq üçün yeni sənədi ərsəyə gətirəcək və ya ən azından şifahi razılaşma olacaq.

Ehtimal vermək çətin deyil ki, Soçi görüşündə dəhliz mübahisəsinə son qoymaq üçün Ermənistanın üzərinə sülhəməcburetmə prosesinin tərkib hissəsi olan məcburi öhdəlik qoyulacaq. Söhbət ondan gedir ki, dəhlizin Ermənistandan keçən hissəsinin inşası işlərinin sürətləndirilməsi məsələsi danışıqların predmeti olacaq.

Koridorun açılması üçün qrafik tərtib edilməsi ehtimalları da yüksəkdir. Çünki dəhliz faktoru Rusiya üçün də, Türkiyə üçün də, Qərb üçün də, hətta Çin üçün də aktuallıq kəsb edir.  

Ermənistanın isə dirəniş göstərmək və hansısa formada şərt irəli sürmək üçün nə hərbi resursu, nə siyasi iradəsi mövcuddur.


19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.