“Siyasi-diplomatik və hərbi-siyasi manevr imkanları yox dərəcəsində olan və kapitulyasiya aktı imzalamış ölkənin baş naziri Nikol Paşinyanın noyabrın 9-da nəzərdə tutulan görüşdən imtina etməsi onun danışıqlar masasında mövqeyini daha da zəiflədib”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, rəsmi Moskvanın regiona digər xarici dövlətlərin və ya beynəlxalq təşkilatların cəlb edilməsinə münasibəti birmənalı və qətidir: “Rusiya Cənubi Qafqazda kənar aktorlar istəmir. Ancaq Paşinyan ciddi şəkildə buna cəhd edir. Ona görə də Putinin mövqeyi aydındır və o, kommunikasiyaların açılmasını istəyir”.
Deputat bildirib ki, Qərb ölkələri hazırda Rusiyanı küncə sıxışdırmağa çalışılır: “Belə vəziyyətdə isə Rusiya Qərbin hər hansı formada postsovet məkanına müdaxiləsini özünün təhlükəsizliyinə təhdid hesab edir. Rusiya Şərqin qapısı hesab edilən Cənubi Qafqaz kimi bir regiona hər hansı formada Qərbin müdaxiləsini qəbul etmir. Moskvanın bu məsələdə nə qədər prinsipial olduğunu biz hələ 2008-ci ildə Gürcüstanda baş verən hadisələrdən xatırlayırıq. Elə Ukrayna hadisələri də bu mənada nümunədir. Ona görə də İrəvanın Qərbə yaxınlaşması məsələsində Moskvanın tutduğu mövqe bəllidir və bu, Gürcüstan və Ukrayna nümunəsindən fərqli olmayacaq”.
H.Babaoğlu vurğulayıb ki, Azərbaycan dəfələrlə öz qətiyyəti və cəsarətini nümayiş etdirib: “Bunu isə hamı bilir. Ona görə də Paşinyan Soçi görüşündən əvvəl Zəngəzur sakinləri ilə görüşən zaman onlara deyib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələdə qərarlıdır və istənilən yolla buna nail olacaq. Ermənistanın hökumət başçısının bu fikri isə onların başqa çarəsinin olmadığını etiraf etməsi kimi də qiymətləndirilə bilər”.
O qeyd edib ki, Ermənistanın növbəti dəfə təxribata əl atması özünəqəsdə bərabər ola bilər: “Paşinyan dərk edir ki, hər təxribatdan sonra mövqeyi ölkə daxilində və xaricində bir qədər də zəifləyir. Bu isə onun rəqiblərini gücləndirir. Hesab edirəm ki, Paşinyan üçün belə vəziyyətdə ən optimal çıxış yolu Azərbaycanla sülh sazişini imzalamaq və Zəngəzur dəhlizinin açılmasına razılıq verməkdir”.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.