Basketbol üzrə Azərbaycan çempionatı bərpa olunur?

Basketbol üzrə Azərbaycan çempionatı bərpa olunur?
26 Noy 2021 17:32


Basketbol üzrə Azərbaycan çempionatı yaxın günlərdə bərpa oluna bilər.

Bunu realpress.az-a Azərbaycan Basketbol Federasiyasının baş katibi Vüqar Əzimov bildirib.

O, hazırda klub sayını və yarışın keçiriləcəyi zalı dəqiqləşdirməyə çalışdıqlarını qeyd edib:

“Klublarla artıq danışmışıq. Bizdən bir həftə vaxt istəyiblər. Neçə komandanın iştirak etməsi dəqiq bilindikdən sonra Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edəcəyik. Hazırda zallarla bağlı təşkilati məsələlər üzərində də işləyirik. Çünki qapalı idman zallarının bəziləri tədbirlərə görə məşğuldur”.

Xatırladaq ki, basketbol üzrə Azərbaycan çempionatı ötən ilin aprelindən pandemiyaya görə məcburən yarımçıq dayandırılıb və “Zirvə” (Lənkəran) komandası ölkə çempionu elan edilib.

Qeyd edək ki, Azərbaycanda qapalı zalda baş tutacaq üzgüçülük, güləş və taekvondo çempionatlarının keçiriləcəyi artıq dəqiqdir. Bütün bu yarışların keçirilməsinə Operativ Qərargah razılıq verib.


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.