Vladimir Putin İlham Əliyev və Nikol Paşinyana zeytun budağı hədiyyə etdi - FOTO

Vladimir Putin İlham Əliyev və Nikol Paşinyana zeytun budağı hədiyyə etdi - FOTO
27 Noy 2021 09:36


Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyana və Azərbaycan Prezidenti İlham Əliyevə sülh simvolu olaraq zeytun budağı hədiyyə edib.

“Məndən solda siz bizim erməni dostlara və azərbaycanlı dostlara verdiyimiz hədiyyəni görürsünüz: Sülh və firavanlıq rəmzi olan zeytun budağı”, - deyə Putin üçtərəfli danışıqların yekunlarına dair birgə bəyanatı zamanı bildirib.

Qeyd edək ki, bu heykəlciklər üzərində bəhəri olan qızılı zeytun budağı şəklində iki nüsxədə hazırlanıb. Onun alt hissəsinə “Soçi, 26 noyabr 2021-ci il” yazısı həkk olunub.

Məlumat üçün bildirək ki, zeytun budağı sülh, qələbə, sevinc, bolluq, saflıq, namus və ölməzliyi simvolizə edir. Bu ağac qədim yəhudi, xristian və İslam ənənələrində xüsusi yerə sahibdir.



23 Apr 2024
Siyasət

Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”

“Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir.

23 Apr 2024
Siyasət

İlham Əliyev: “Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”

“Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”.

23 Apr 2024
Siyasət

Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”

“Artıq söylədiyim kimi, “Dağlıq Qarabağ” amili artıq yoxdur. Onlar (ermənilər – red.) onun sülh sazişində olmamasına razılaşıblar. Bu o deməkdir ki, əsas maneə artıq mövcud deyil”.

23 Apr 2024
Siyasət

Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”

“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik”.