Orduxan Qəhrəmanzadə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının yeni Baş katibi təyin olunub

Orduxan Qəhrəmanzadə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının yeni Baş katibi təyin olunub
27 Noy 2021 09:46


26 noyabr tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) İdarə Heyətinin görüşü keçirilib.

ATGTİ-nin sədri Pərviz Mirələmlinin sədrliyi ilə keçirilən görüş zamanı təşkilatın baş katibi vəzifəsinə ADA Universitetinin 4-cü kurs tələbəsi Orduxan Qəhrəmanzadənin namizədliyi irəli sürülüb və yekdil qərar nəticəsində Orduxan Qəhrəmanzadə ATGTİ-nin yeni Baş Katibi təyin olunub.

Görüşdə eyni zamanda İttifaqın 2021-ci il üzrə fəaliyyəti təhlil olunub, İdarə Heyətinin qarşısında duran məsələlər müzakirə edilib. Əsas fəaliyyət istiqamətləri olan Tələbə Gənclər Təşkilatları (TGT) və tələbə klublarının fəaliyyətlərinin gücləndirilməsi, tələbələrlə əlaqələrin möhkəmləndirilməsi, gənclərin potensialının artırılması, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan zəfərin fonunda ölkəmizin maraqlarının beynəlxalq tələbə cəmiyyətində təşviq edilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkəmizin dövlət və özəl qurumları ilə əməkdaşlığın genişləndirilməsi üzrə atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin İdarə Heyəti sözügedən fəaliyyət istiqamətlərini əhatə edib aktiv şəkildə davam edən  Hədəf 5%”, “Çətir vəTea Talks” proqramlarının hazırkı icra prosesi ilə tanış olub, onların fəaliyyət planı ətrafında müzakirələr aparılıb.

ATGTİ sədri Pərviz Mirələmli görüş zamanı İdarə Heyəti üzvlərini aktiv şəkildə tələbələrin üzləşdikləri çətinliklərin həlli istiqamətində fəaliyyət göstərməyə və TGT-lərin fəaliyyətlərinin stimullaşdırılması üçün lazımi işlər görməyə çağırıb.

Bunlarla yanaşı görüşdə ölkə ərazisində davam edən Tələbə Gənclər Təşkilatlarının seçki prosesi və yaxın zamanda seçkilərin həyata keçiriləcəyi təhsil müəssisələrinin siyahısı haqqında məlumat da İdarə Heyətinin diqqətinə çatdırılıb. İdarə Heyətinin üzvləri də öz növbəsində mövcud proses barədə öz fikirlərini bölüşüb və fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflərini irəli sürüblər.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

25 Apr 2024
Cəmiyyət

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 25 aprel - Sahibkarlar Günü ilə bağlı iş adamlarını təbrik edib.

25 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

25 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.