Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki günlük rəsmi səfərlə Türkmənistana yollanacaq.
Səfər çərçivəsində ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunacaq, birgə anlaşmalar imzalanacaq.
Ərdoğan Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovla görüşəcək.
Həmçinin, İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısına qatılacaq.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.