Fuad Nağıyev: “Bu gündən turizm bələdçilərinin sertifikatlaşdırılmasına başlanır”

Fuad Nağıyev: “Bu gündən turizm bələdçilərinin sertifikatlaşdırılmasına başlanır”
07 Dek 2021 12:46

“Bu gün Azərbaycan turizmində mühüm addım atılır və ilk dəfə olaraq turizm bələdçilərinin sertifikatlaşdırılmasına start verilir”.

Realpress.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanda turizm bələdçilərinin ilk dəfə dövlət tərəfindən milli sertifikatlaşdırılması prosesi ilə danışarkən məlumat verib.

O bildirib ki, bununla əlaqədar ilk dəfə sertifikatlaşdırılmanı həyata keçirəcək orqan təşkil edilib:

“Turizm bələdçisi çox vacib peşədir. Ümumi turizmin inkişafında xüsusi bir hissəni təşkil edir. Ölkədə peşəkar və bilikli bələdçilərə ehtiyac var. Biz beynəlxalq təşkilatlarla birgə müxtəlif dilli bələdçilərinin hazırlanması üçün əməkdaşlıq edirik. Yaradılan sertifikatlaşdırılma orqanı isə bundan sonra təlim və sertifikasiya işini yerinə yetirəcək. Bələdçilərə attestasiya sənədi veriləcək. Bu peşəkar bələdçilərin hazırlanmasında mühüm addımdır”.

O əlavə edib ki, hotellərin də sertifikasiyası uğurla davam edir - 17 hotelə ulduz dərəcəsi verilib.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru, Turizm Bələdçilərinin Sertifikatlaşdırılması Orqanının (TBSO) sədri Florian Zenqstşmid prosesin ATB tərəfindən yeni yaradılmış TBSO vasitəsilə təşkil olunacağını diqqətə çatdırıb. Florian Zenqstşmid dünya standartları əsasında, nəzəri və praktiki biliklərlə hazırlanmış turizm bələdçilərinin Azərbaycanın təbliğatı istiqamətində faydalı olacağını qeyd edib.

Azərbaycan Akkreditasiya Mərkəzinin Baş direktorunun müavini - baş direktor v.m.i.e Emin Zeynalov öz növbəsində Azərbaycanda bələdçilik sahəsi üzrə belə bir təşəbbüsü turizm sahəsinin inkişafı istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirib.


23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.