Kənan Quluzadə: “Yaxın dövrdə Qarabağ 1 milyona yaxın turist qəbul edəcək"

Kənan Quluzadə: “Yaxın dövrdə Qarabağ 1 milyona yaxın turist qəbul edəcək"
07 Dek 2021 12:52

“Yaxın dövrdə Qarabağ 1 milyona yaxın daxili və xarici turist qəbul edə biləcək”.

Bunu Realpress.Az-a açıqlamasında Dövlət Turizm Agentliyinin sədr müşaviri Kənan Quluzadə deyib.

O bildirib ki, hazırda xüsusilə həmin yerlərdən olan şəxslərin Qarabağa səfərləri təşkil olunur:

“Regionda turizmin inkişafı baxımından xüsusi marşrutlar hazırlanır. “Yolumuz Qarabağadır” adlı bir layihəmiz var. Onun çərçivəsində “Yolumuz Ağdamadır”, “Yolumuz Füzuliyədir”, “Yolumuz Xocavəndədir” və s. bu kimi marşrutlar çəkilir”.

O qeyd edib ki, Qarabağın turizminin inkişafı əsas üç amildən asılıdır:

“Təhlükəsizliyin təmin edilməsi, infrastrukturun qurulması və insanların bura geri qayıdışı önəmli amillərdir. Qarabağa turistlərin cəlb edilməsi baxımından turların təşkili ilə bağlı planlarımızı götürdükdə hər şey nəzərdə tutulduğu kimi davam etsə və pandemiya prosesi ləngitməsə yaxın dörd il ərzində regiona 1 milyon insan səfər edə biləcək”.


23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.