NETTY 2021 nominantları müəyyən edilib

NETTY 2021 nominantları müəyyən edilib
08 Dek 2021 11:11

NETTY 2021 Azərbaycanın Milli internet-mükafatının nominantları müəyyən edilib.

İştirakçıların ümumi sayından Virtual Münsiflər Heyətinin və Ekspert Şurasının səsvermə nəticəsinə görə mükafatın nominantı olmuş saytlar, səhifələr və proqramlar seçilib.

Nominantların yekun siyahısı ilə müsabiqənin saytında tanış olmaq olar. Müsabiqə qaliblərinin müəyyən edilməsi üçün Mükafatın Akademiyası səsverməyə başladı. Daxili səsvermə əsasında Akademiyanın nümayəndələri mövcud nominasiyalardan hər birində bir qalibi müəyyən edəcəklər.

Nominantlar içərisindən qaliblər 18 dekabrda mükafatlandırmanın rəsmi mərasiminin gedişatında elan ediləcəklər. Bütün nominantların nümayəndələri mərasimdə iştiraka dəvət olunacaqlar.

Eyni zamanda Akademiyanın qərarı ilə “Milli informasiya texnologiyalarının zənginləşdirilməsinə görə” və “İlin İT-Hadisəsi” fəxri nominasiyalarında qaliblər elan ediləcək.

Bu il mükafatı dəstəkləyənlər:

Baş partnyor - NAR.

Mükafatın rəsmi tərəfdaşları “Golden Pay”, “SAVALAN”, “SmartHost”, “Renley.az”dır.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.