Rar: “Çətin ki, Bakı, Ankara və Moskva AFR XİN-in yeni rəhbərinin çağırışlarına əməl etsin” - MÜSAHİBƏ

Rar: “Çətin ki, Bakı, Ankara və Moskva AFR XİN-in yeni rəhbərinin çağırışlarına əməl etsin” - MÜSAHİBƏ
10 Dek 2021 16:41

Ekspertlərin proqnozlaşdırdığı kimi, Almaniyanın yeni kansleri Almaniya Sosial Demokrat Partiyasının nümayəndəsi Olaf Şolz seçildi.

Bu qələbə bir birliyə daxil olan siyasi təşkilatlar – Almaniya Sosial Demokrat Partiyası, Yaşıllar və Azad Demokrat Partiyasının rənglərinə görə “Svetofor” adlandırılan koalisiyanın sayəsində mümkün olub.

Almaniyanın yeni hökumətindən nə gözləyək, Almaniya Federativ Respublikasının xarici siyasəti dəyişəcəkmi?

Realpress.az-ın bu və digər suallarını Almaniyanın tanınmış politoloqu Aleksandr Rar cavablandırıb.

- Sentyabrda Bundestaqa (Almaniya Federativ Respublikasının xalq nümayəndəliyinin birpalatalı orqanı) keçirilən seçkilərin nəticələrinin açıqlanmasından dərhal sonra məlum oldu ki, Olaf Şolz Almaniya kansleri postuna ən real namizəddir. Hazırkı sosioloji araşdırmalar göstərir ki, almanların demək olar ki, üçdə ikisi O.Şolzun kansler vəzifəsində dörd ildən çox qalmayacağını düşünür. Halbuki Angela Merkel 16 il bu vəzifəni tutdu...

- Bizdə “partiya dövlətidir”. Angela Merkelin Xristian Demokrat partiyası Bundestaqa keçirilən seçkilərdə tam bir məğlubiyyətlə üzləşdi. İndi onlar əmindirlər ki, dörd ildən sonra hakimiyyətə qayıdacaqlar və namizədləri kansler olacaq. Düzdür, onlar Almaniyada keçirilən sonuncu seçkilərdəki tarixi məğlubiyyətlərini hələ dərk etməyiblər. Düşünürlər ki, sonuncu seçkilərdə sadəcə olaraq tarazlıqlarını itirərək yıxılıblar və ayağa qalxan kimi sosial demokratları üstələyəcəklər. Həmçinin Olaf Şolza qarşı olan sağçı “Almaniya üçün alternativ” partiyasının kifayət qədər tərəfdarı var. Beləliklə, bütün bunlar rəy sorğularının nəticələrinə təsir etdi. Amma bu, normaldır, belə sorğular almanların əhval-ruhiyyəsini göstərir. Hesab edirəm ki, bu, obyektiv məlumatdır. Şolzun dörd ildən sonra kansler olub-olmayacağını mən özüm deyə bilmərəm, baxmayaraq ki, o, əlbəttə ki, bunu istəyir. Üstəlik onun kansler “bonus”u olacaq. Sual bundan ibarətdir ki, həmin zaman onun partiyası nə qədər güclü olacaq. Sosial Demokrat Partiyası o qədər də populyar deyil, son seçkilərdə 25 faiz səs toplayıb, bu isə yalnız ona görədir ki, seçicilər xristian-demokratlardan və onların namizədi Armin Laşetdən üz çevirdilər. Sosial-demokratların nümayəndəsi Olaf Şolz taleyin hökmü ilə qalib gəldi.

- Olaf Şolzun kansler olmasına baxmayaraq, niyə Almaniyanın sosial-demokratları əsas nazirliklərdə vacib postları tutmayıblar? Məsələn, Xarici İşlər Nazirliyi kimi mühüm quruma “yaşıllar”ın lideri Annalena Berbok rəhbərlik edəcək.

- İcazə verin, sizinlə razılaşmayım. Sosial-demokratlar Almaniya üçün mühüm postları tuturlar. Bunlar daxili işlər, səhiyyə, əmək və sosial işlər nazirlikləridir. Yeni hökumətin gələcək uğuru və ya uğursuzluğu Xarici İşlər Nazirliyindən deyil, məhz onlardan asılıdır. Bəli, təbii ki, Sosial Demokrat Partiyası birlikdə demək olar ki, onlar qədər səs qazanan koalisiya partiyaları ilə hakimiyyəti bölüşməlidir. Azad Demokratlar dörd, Yaşıllar beş nazirlik götürüb.

Xarici İşlər Nazirliyinə gəlincə, Almaniyada müharibədən sonrakı dövrdən başlayaraq uzun müddət ənənəvi olaraq xarici işlər naziri vəzifəsi kiçik koalisiya tərəfdaşlarının öhdəsinə buraxılıb. Buna görə də Annalena Berbok ölkənin xarici siyasət idarəsinin rəhbəri oldu. Və bu, çox güman ki, onun populyarlığının artmasına səbəb olacaq. Ola bilsin ki, Annalena Berbok dörd ildən sonra kansler olmaq arzusundadır. Artıq belə qəbul olunub ki, almanlar, bir qayda olaraq, öz xarici işlər nazirinə çox isti münasibət bəsləyirlər.

- Annalena Berbok ciddi nəticələrə səbəb olan səhvlər buraxmaz ki? Axı onun dövlət işində təcrübəsi yoxdur. Almaniya Xarici İşlər Nazirliyinin “yaşıl” rəhbərliyi AFR-in postsovet məkanına, ilk növbədə Cənubi Qafqaz ölkələri və qonşuları – Türkiyə, Rusiya və digər ölkələrə münasibətdə xarici siyasəti necə olacaq? Bəzi ekspertlər tərəfindən belə bir fikir var ki, Annalena Berbok Türkiyəni, Azərbaycanı və Rusiyanı çox da sevmir...

- “Sevməmək” burada yumşaq çıxır (gülür – red.). O, digər partiyaların, elə həmin sosial-demokratların nümayəndələrindən fərqli olaraq, son dərəcə ideologiyalıdır, hesab edir ki, bəşəriyyət tarixində ən yaxşı demokratik liberal model Almaniyada yaradılıb. Annalena Berbok üçün liberal dəyərlər vacibdir və o hesab edir ki, bu digər ölkələrdə təbliğ edilməli və həyata keçirilməlidir. Bu, belə bir inqilabi yanaşmadır. O, artıq “real feminizm”in yayılmasına yönəlmiş (o cümlədən Afrika və ərəb dünyasında) siyasət yürüdəcəyini bildirib.

Əlbəttə ki, sual yaranır: o, real dünyanı qavrayırmı? Düşünürəm ki, yox. Amma onu inandırmaq mümkün deyil. “Yaşıllar” yalnız Almaniyanı deyil, dünyanı dəyişmək üçün hakimiyyətə gəldiklərinə inanırlar. Və təbii ki, Annalena Berbok radikal yolla “yaşıl enerji”yə keçidin böyük tərəfdarıdır.

Çətin ki, Azərbaycan, Türkiyə, hətta Rusiya AFR XİN-in yeni rəhbərinin çağırışlarına əməl etsin. Niyə də etsinlər? Hər ölkənin öz yolu, öz anlayışı var. Eyni zamanda, hər kəs ekologiyanın qorunmasının vacibliyini anlayır, lakin inqilabi deyil, təkamül yolu lazımdır. Xanım Berbok yaxın günlərdə həm Avropa daxilində, həm də ondan kənarda bu problemlə üzləşəcək. Fransa atom elektrik stansiyaları tikmək istəyir, Almaniya isə qəti şəkildə əleyhinədir – bəs bu necə olsun? Bütün dünyada cəmiyyəti dəyişməyə çalışan bolşevik üsulları yüz il əvvəl iflasa uğradı və indi də işləməyəcək.

Annalena Berbok Almaniyanı hazırda xarici arenada təmsil edir, ona müxtəlif lobbiçilər tərəfindən təzyiqlər ediləcək. Əgər o, xarici işlər naziri postunda qalmaq istəyirsə, o zaman daha praqmatik olmalıdır.

- Hesab olunur ki, Almaniya “yaşılları” ABŞ Demokrat Partiyasına çox yaxındır. Almaniyanın yeni xarici işlər naziri indiki Vaşinqton administrasiyası ilə eyni paradiqmada fəaliyyət göstərəcəkmi? Burada mən ABŞ prezidenti Co Baydenin Türkiyə, Azərbaycan və bir çox başqa ölkələri dəvət etmədən çağırdığı “Demokratiya sammiti”ni xatırlatmaq istəyirəm.

- Bəli, soruşduğunuz məsələ vacibdir. Bu ayırıcı xətt xüsusi olaraq “mükafat və cəza” üsulu ilə dünyaya hakim olmaq üçün çəkilib. Hətta şərti olaraq liberal demokratiyanın əlamətlərinə uyğun gələn ölkələr Qərb tərəfindən şirnikləndiriləcək, kürəklərinə sığal çəkiləcək. Əgər bu prinsiplərdən kənara çıxsalar, dərhal cəzalandırılacaqlar. Bu, Qərb siyasətidir - çoxları bunu snobizm adlandırır. O, ötən əsrin 90-cı illərində və hətta bu əsrin ilk illərində uğur qazandı (postsovet məkanı ölkələri, tutalım kredit almaq üçün Qərbin xoşuna gəlməyə çalışırdı). Lakin sonra vəziyyət dəyişdi.

Gəlin qayıdaq Aİ üzvlüyünə nail ola bilməyəcəyini başa düşən Türkiyəyə. Aİ getdikcə daha çox, bəzi ekspertlərin dediyi kimi, ideoloji bədheybət və ya artıq təhlükəsizlik məsələləri ilə maraqlanmayan bir növ ittifaqa çevrilir. Mən isə hesab edirəm ki, Avropa artıq çox zəifdir. Artıq müəllim ola bilmir, ondan üz döndərirlər, o, artıq hamını bezdirib. Bu proseslər dünyada yaxşı heç nəyə gətirib çıxarmayacaq.


25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.