SOCAR: “Qaz ixracından əldə olunan gəlirlər neftlə müqayisədə daha əhəmiyyətli rola sahib olacaq”

SOCAR: “Qaz ixracından əldə olunan gəlirlər neftlə müqayisədə daha əhəmiyyətli rola sahib olacaq”
11 Dek 2021 11:37


Xəzər dənizində “Şahdəniz” qaz-kondensat yatağının istismarı layihəsi bizim üçün kommersiya baxımından vədedici görünür.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, növbəti onilliklər ərzində dünyada qaza tələbat artmaqda davam edəcək.

“Təbii qaz enerji keçidi dövründə ekoloji cəhətdən kömürdən daha təmiz həll yoludur. Bizim əsas hədəf bazarımız olan Avropada qaza tələbin və qiymətlərin artması bir daha 2013-cü ildə “Şahdəniz 2” layihəsinin işlənməsi və “Cənub Qaz Dəhlizi” üzrə verilən investisiya qərarının doğruluğunu təsdiq etdi.

Vaxt keçdikcə təbii qaz ixracından əldə olunan gəlirlər neft ixracının gəlirləri ilə müqayisədə daha əhəmiyyətli rola sahib olacaq”, - deyə o bildirib.

Qeyd edək ki, “Petronas” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü sazişindəki payını satmağa qərar verəndən sonra layihənin tərəfdaşları arasında saziş üzrə üstünlük hüquqlarına dair müddəalara uyğun olaraq, SOCAR “Petronas” şirkətinə məxsus olan 4.35%-lik iştirak payını alıb.

13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.