Nazir: “Qarabağda biznesin qurulması və investisiya layihələri ilə bağlı ciddi təkliflər almışıq”

Nazir: “Qarabağda biznesin qurulması və investisiya layihələri ilə bağlı ciddi təkliflər almışıq”
14 Dek 2021 12:15


“Hazırda Qarabağda biznesin qurulması və investisiya layihələri ilə bağlı ciddi təkliflər almışıq”.

realpress.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunda deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə biznesin təşviq edilməsi ilə bağlı 921 layihə üzrə müraciət daxil olub: 

“Onların 283-ü xarici şirkətlər üzrə edilən müraciətlərdir və müraciətlərin əksəriyyətində Türkiyədən olan layihə rəhbərləri üstünlük təşkil edir. Həmçinin Gürcüstandan olan müraciətlər də mövcuddur”. 

Nazir qeyd edib ki, əgər əvvəl yalnız podrat layihələr üçün müraciətlər edilirdisə, hazırda investisiya və biznesin qurulması üzrə ciddi təkliflər var: 

“Hazırda 19 layihə təklifindən 14-nün investisiya dəyəri 6,5 milyard manata çatır”.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.