“Türkiyə, Rusiya və Azərbaycan əlbəttə ki, “3+3” formatını dəstəkləyir və Cənubi Qafqazda əməkdaşlığı təşviq edən lokomotivlərdir”.
Bunu sözləri türkiyəli politoloq, siyasi elmlər namizədi, beynəlxalq və Türkiyə-Rusiya münasibətləri üzrə ekspert Kərim Has Realpress.az-a müsahibəsində deyib:
- Hamı başa düşür ki, Gürcüstan niyə “3+3” platformasında (Türkiyə, Rusiya, İran və Azərbaycan, Gürcüstan, Ermənistan) iştirak etmir, bunu bir daha açıqlamağın mənası yoxdur. Amma mənə elə gəlir ki, gələcəkdə Tbilisi də layihəyə qoşula bilər.
Təbii ki, beş ölkənin formatı yaxın aylarda heç bir konkret nəticə verə bilməyəcək, çünki platformada iştirak edən ölkələr arasında ikitərəfli problemlər həddindən çoxdur. Türkiyə ilə Rusiyanın kifayət qədər kövrək münasibətləri var və bu, təkcə Cənubi Qafqaza deyil, digər regionlara da aiddir. Bundan əlavə, Türkiyə ilə Ermənistan arasında münasibətlər ümumiyyətlə başqa məsələdir. Ermənistanla Azərbaycan arasında müharibə bu yaxınlarda başa çatıb, sərhəddə demarkasiya ilə bağlı çətinliklər var. İran və Türkiyə regional rəqiblərdir. İran və Azərbaycan bu yaxınlarda gərginliyi aradan qaldırıblar, ölkələr arasında tam etimadlı münasibətlərdən isə danışmazdım.
Düzdür, bu formatın meydana çıxması faktının özü, məncə, artıq çox şeydən xəbər verir. Bu, yaxşı dialoq platformasıdır, bir-birinə qarşı çıxmaq yox, Cənubi Qafqazla bağlı ümumi baxış formalaşdırmaq imkanıdır.
Amma yenə deyirəm, konkret nəticə gözləmək hələ tezdir, birincisi, bu platformada iştirak edən dövlətlər arasında qarşılıqlı etimadın yaranması üçün ikitərəfli problemləri həll etmək lazımdır. Eyni zamanda, bütün iştirakçıların ritorikası müsbət olacaq, təbii ki, hələ bu platformada iştirak etməyən Gürcüstan istisna olmaqla.
- Sizcə, platformada iştirak edən ölkələrin hər birinin marağı nədən ibarətdir?
- Türkiyə rəhbərliyi İkinci Qarabağ müharibəsində Azərbaycana güclü siyasi dəstək verərək, ilk dəfə Rusiyanın “qırmızı xətləri”nin gücünü Cənubi Qafqaz regionunda sınadı. Türkiyə əvvəllər postsovet məkanının işlərinə bu qədər qarışmırdı. Türkiyənin Azərbaycan və Gürcüstanla əla münasibətləri var, amma deyək ki, Cənubi Qafqazda türk siyasətinin institutlaşması olmayıb.
Ankaranın statusunun regiondakı digər oyunçular- ilk növbədə Rusiya və İran tərəfindən əlavə təsdiqə ehtiyacı var. Bunun üçün “3+3” formatı uyğun gəlir. Bundan əlavə, Türkiyə Cənubi Qafqazda Qərb dünyasını təmsil edir, Rusiya və İrana bir növ əks çəkiyə çevrilərək Qərbin maraqlarını təbliğ edə bilər. Bu da mühüm məqamdır, siyasi marketinqin, statusun təsdiqidir.
Türkiyə-Ermənistan münasibətlərinə gəldikdə; Ermənistanla münasibətləri normallaşdırmaq üçün Türkiyənin Rusiya və İranın köməyinə xüsusi ehtiyacı yoxdur. Amma Ermənistana məhz belə vasitəçilik lazım ola bilər. Amma bu, hər halda ikitərəfli formatdır.
Rusiya üçün “3+3” mühüm platformadır. Biz regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair bəndi olan Üçtərəfli Bəyanatı xatırlayırıq. Və bu, Zəngəzur dəhlizinə aiddir. Moskva niyə Azərbaycanla Naxçıvan arasında əlaqələrin açılmasının tərəfdarıdır? Rusiya regionda iqtisadi sabitliyi qorumaq üçün Azərbaycanla Ermənistan arasında münasibətləri yaxşılaşdırmaq istəyir. Və eyni zamanda, Moskva Ermənistan Respublikasına Gürcüstan vasitəsilə deyil, Azərbaycan vasitəsilə birbaşa çıxış əldə etməlidir.
İrana gəldikdə, Tehranın “3+3” platformasını dəstəkləməsi məcburi tədbir sayıla bilər. İran İslam Respublikası kənarda qalmaq istəmir. Ötənilki müharibədən sonra iki məğlub tərəf oldu. Birincisi və əsası təbii ki, Ermənistandır, ikincisi isə məhz İrandır. Axı Azərbaycan öz mövqelərini möhkəmləndirib və Zəngəzur dəhlizinin açılmasından sonra İran üzərindən tranzitin rolu minimuma enəcək. Bu, İrana heç sərf eləmir. Bundan başqa, Azərbaycanla münasibətləri inkişaf etdirən İsrail amili də var, bu, İranı narahat edir.
Azərbaycan məlum səbəblərdən, balans yaratmaq istəyərək “3+3” formatını dəstəkləyir. Azərbaycanın Türkiyə və Rusiya ilə bir yerdə olması Bakının xeyrinədir. Bundan əlavə, bu, Zəngəzur dəhlizini açmalı olan Ermənistana müəyyən təzyiq faktorudur. Amma təkcə bu deyil, həm də iki ölkə arasında müəyyən etimad yaratmaq və əlaqələri daha da inkişaf etdirmək lazımdır. Bakı İrəvanla münasibətləri normallaşdırmaqdan qorxmur, Azərbaycan qalib ölkədir.
Düzdür, Ermənistan formal olaraq “3+3” platformasını dəstəklədi. Hesab edirəm ki, İrəvan bunu Rusiyanın təsiri altında edib. Kreml, deyək ki, İrəvana məsləhət verib: başqa ölkələrlə normal dialoq aparmaq lazımdır.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”
“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.
Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi
Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.
Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.