“Ötən il 156 adda silah və hərbi texnikanın yaradılması həyata keçirilib”.
"Realpress.az” xəbər verir ki, bunu müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu il 1000-dən artıq adda müdafiə təyinatlı məhsullar mənimsənilib, müvafiq qaydada istehsal edilərək Azərbaycan Silahlı Qüvvələrinin anbarlarına təchiz edilib:
“Gələn il üçün nazirliyin müəssisələrində istehsal olunacaq müdafiə təyinatlı məhsullarla bağlı sifarişlər almışıq. Bu sifarişlərlə bağlı məlumatı yaxın vaxtlarda Nazirlər Kabinetinə təqdim edəcəyik”.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.